Zakir Həsənov: Birgə təlimlər sülh və sabitliyin təmin olunmasına töhfə verir Siyasət

Zakir Həsənov: Birgə təlimlər sülh və sabitliyin təmin olunmasına töhfə verir

Xocavənddə “Birliyin Gücü - 2026” birgə hərbi təlimi keçirilir.

Teleqraf-ın Xocavəndə ezam olunan müxbiri xəbər verir ki, müdafiə naziri, general-polkovnik Zakir Həsənov “Birliyin Gücü - 2026” birgə hərbi təliminin gedişatını izləyib.

Nazir bu cür təlimlərin ölkələrimizin ordularının inkişafındakı rolundan danışıb.

Zakir Həsənov təlimlərin şəxsi heyətin peşəkarlığının yüksəldilməsinə, qarşılıqlı təcrübə mübadiləsinə, sülhün və sabitliyin təmin olunmasına verdiyi töhfələri xüsusi qeyd edib.

Qeyd edək ki, “Birliyin Gücü – 2026” birgə hərbi təlimi 21 sentyabr-1 oktyabr tarixlərini əhatə edir. Təlim çərçivəsində iştirakçılar hibrid təhdidlərə, terror fəaliyyətlərinə qarşı mübarizənin aparılması, yaşayış məntəqələrində antiterror əməliyyatlarının keçirilməsi, müştərək planlaşdırılma və qanunsuz silahlı qruplaşmaların zərərsizləşdirilməsi üzrə tapşırıqları birgə icra ediblər.