16:24
357
İran ABŞ tərəfindən əldə olunmuş razılaşmaların pozulmasına baxmayaraq, Vaşinqtonla dialoqdan heç vaxt qaçmayıb və bundan sonra da qaçmaq niyyətində deyil.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiyan danışıqlara və diplomatik prosesə sadiqliyini müdafiə edərkən bəyan edib.
"Biz ləyaqətimizi və şərəfimizi qoruyaraq cəmiyyətimizin hüquqlarını müdafiə edirik. ABŞ saziş imzalamasına baxmayaraq ölkəmizi üç dəfə hücum hədəfinə çevirsə də, biz dialoqdan heç vaxt qaçmamışıq və qaçmayacağıq", - deyə Pezeşkiyanın mətbuat xidməti onun sözlərini sitat gətirir.
İran prezidentinin sözlərinə görə, Qərb Tehranın hazırkı şəraitdə ölkəni idarə edə bilməyəcəyini gözləyirdi.
"Düşmənlərimiz hesab edirdilər ki, İslam İnqilabının ali rəhbərinin, vətəndaşların, komandirlərin və alimlərin həlak olması ilə ölkə süqut edəcək, lakin milli birliyimiz və daxili həmrəyliyimiz daha da möhkəmləndi", - deyə prezident qeyd edib.
Məryəm Quliyeva