HDP-nin həmsədri haqqında araşdırma qərarı verilib Dünya

HDP-nin həmsədri haqqında araşdırma qərarı verilib

Türkiyədə prokurorluq PKK terror təşkilatının siyasi qolu olan Xalqların Demokratik Partiyası (HDP) həmsədri, millət vəkili Figən Yüksəkdağ haqqında araşdırmalara başlayıb.
Şanlıurfa Cümhuriyyət Baş Prokurorluğu millət vəkilinin iyulun 19-da Suruç rayonunda çıxışı zamanı istifadə etdiyi "Kürəyimizi YPJ, YPG və PYD (PKK-nın silahlı qolları – red.) söykəyirik" sözləri ilə bağlı araşdırma aparır. O, terror təşkilatının təbliğatını aramaqda ittiham olunur. İttiham sübuta yetirildiyi təqdirdə,Baş Prokurorluq millət vəkilinin toxunulmazlığının qaldırılması ilə bağlı Türkiyə Böyük Millət Məclisinə müraciət edəcək.
Qeyd edək ki, HDP-nin digər həmsədri Səlahəddin Dəmirtaşla bağlı da araşdırma başlayıb. Onun ötən ilin oktyabrında ölkəni bürümüş kütləvi etiraz aksiyalarla əlaqəli olmasını araşdırmağa başlayıb.
Prokurorluq HDP sədrinin müqəssir olduğunu müəyyən edəcəyi təqdirdə, Dəmirtaş deputat toxunulmazlığı statusundan və 24 ilədək azadlıqdan məhrum edilə bilər.