Səudiyyə Ərəbistanı Nəcran bölgəsində “fövqəladə vəziyyət” elan etdi Dünya

Səudiyyə Ərəbistanı Nəcran bölgəsində “fövqəladə vəziyyət” elan etdi

Yəməndə İran tərəfindən dəstəklənən husilərin hücumlarının hədəf aldığı Səudiyyə Ərəbistanının cənubundakı Nəcran bölgəsi üçün potensial təhlükələrlə bağlı xəbərdarlıq edilib.
Xalqcebhesi.az xəbər verir ki, sosial media platforması X-də (əvvəllər Twitter) dərc edilən açıqlamada Səudiyyə Ərəbistanının Mülki Müdafiə Baş İdarəsi Nəcran bölgəsində mümkün fövqəladə hallar barədə xəbərdarlıq edib.
Bəyanatda yerli sakinlər həyat və əmlakın təhlükəsizliyini təmin etmək üçün Mülki Müdafiə qruplarının təlimatlarına əməl etməyə, toplantı yerlərindən uzaq durmağa və foto və ya video çəkməkdən çəkinməyə çağırılıb.
Mülki Müdafiə Baş İdarəsi daha sonra təhlükənin keçdiyini bildirən başqa bir açıqlama yayıb.
Yəməndəki İran tərəfindən dəstəklənən husilər əvvəllər Səudiyyə Ərəbistanını paytaxt Sənaya edilən dron hücumlarında günahlandırıb və qisas almaqla hədələyiblər.

Məryəm Quliyeva