Rubio: ABŞ BMT çərçivəsində İranla danışıqlara açıqdır Dünya

Rubio: ABŞ BMT çərçivəsində İranla danışıqlara açıqdır

Birləşmiş Ştatlar BMT Baş Assambleyasının 81-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində İran nümayəndə heyəti ilə danışıqlara hazırdır, lakin hələlik görüş planlaşdırılmayıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Marko Rubio bildirib.

"NBC News" telekanalına müsahibəsində ondan İran hakimiyyətinin nümayəndələri ilə təmaslar keçirməyə hazır olub-olmadıqları soruşulub. "ABŞ Prezidenti Donald Tramp hər kəslə görüşməyə hazır olduğunu deyib. O, bir qayda olaraq, hər kəslə görüşməyə hazır olan bir prezidentdir, çünki problemlərin həlli üçün insanlarla qarşılıqlı əlaqədə olmağın vacib olduğunu düşünür. Bu, sonda onlarla razılaşacağınız demək deyil, lakin bu vacibdir. Beləliklə, biz bu görüşlər üçün açığıq. Hələlik nəyinsə planlaşdırıldığını düşünmürəm, lakin xüsusilə müsbət bir nəticəyə və bütün bunların edildiyi məqsədə çatacağı halda, şübhəsiz ki, belə bir addıma açığıq. İran heç vaxt nüvə silahına sahib olmamalıdır", — deyə Dövlət katibi qeyd edib.

Məryəm Quliyeva