Husilər: Səudiyyə Ərəbistanının həbsxanaya zərbəsi nəticəsində 9 əsir həlak olub Dünya

Husilər: Səudiyyə Ərəbistanının həbsxanaya zərbəsi nəticəsində 9 əsir həlak olub

​Yəmənin şimalındakı Əl-Cəvf əyalətinin Əl-Hazm şəhərində yerləşən həbsxanaya keçən gecə Səudiyyə Ərəbistanı tərəfindən endirilən zərbə nəticəsində doqquz əsir həlak olub.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Yəmənin "Ənsar Allah" (husilər) hərəkatının formalaşdırdığı hökumətdə Əsirlərin işi üzrə komitənin sədri Əbdülqadir əl-Murtada bəyan edib.

​SABA agentliyinin yaydığı bəyanatda deyilir ki, Səudiyyə qüvvələri "çoxlu sayda əsirin saxlanıldığı həbsxanaya zərbə endirib". "Nəticədə son hadisələr zamanı əsir götürülmüş doqquz nəfər həlak olub", — deyə əl-Murtada qeyd edib.

Məryəm Quliyeva