TÜRKPA Baş katibi BMT Baş Assambleyasında iştirak edir Hadisə

TÜRKPA Baş katibi BMT Baş Assambleyasında iştirak edir

Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi cənab Ramil Həsən 20-26 sentyabr 2026-cı il tarixlərində Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində keçirilən BMT Baş Assambleyasının yüksək səviyyəli toplantısında iştirak etmək məqsədilə səfərdədir.

Xalqcebhesi.az xəbər verir ki, səfər çərçivəsində Baş katib cənab Ramil Həsən BMT Baş Assambleyasının açılış mərasimində iştirak edib, bir sıra çoxtərəfli görüşlər keçirib, həmçinin ABŞ-da fəaliyyət göstərən Türkiyə-Amerika Milli İdarəetmə Komitəsinin (TASC) prezidenti cənab Seyit Şahin və nümayəndə heyəti ilə görüşüb.

Səfərdə TÜRKPA Baş katibini onun müavini cənab Muhammet Alper Hayali müşayiət edir.

Cavid