21 Sentyabr 18:58
21 Sentyabr 17:37
21 Sentyabr 17:36
Prezident: Əminəm ki, yeni layihələr Azərbaycanda neft hasilatını lazımi səviyyədə saxlayacaq
Prezident: Əminəm ki, yeni layihələr Azərbaycanda neft hasilatını lazımi səviyyədə saxlayacaq
Prezident Azərbaycanda dağ-mədən sənayesinin inkişafını əngəlləyən səbəblərə toxunub
Prezident: Bu gün bizdə ehtiyat generasiya gücləri kifayət qədər böyükdür
13:39
308
İçərişəhərdə sakinlərlə işin təşkilinə yeni imkanlar yaradacaq İcma Mərkəzi fəaliyyətə başlayıb.
Bu barədə AZƏRTAC-a “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən məlumat verilib. Bildirilib ki, İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşəbbüsü ilə yaradılan mərkəzin əsas məqsədi sakinlərin sosial-mədəni fəaliyyətə cəlb olunması, onların asudə vaxtlarının səmərəli təşkili və müxtəlif təşəbbüslərinin dəstəklənməsidir.
Qeyd edək ki, bundan əvvəl ərazidə sakinlərin müraciət və ehtiyaclarının qarşılanmasına xidmət edən “Xidmət Mərkəzi” də istifadəyə verilmişdi. Yeni açılan İcma Mərkəzi isə bilavasitə sakinlərlə sıx işin qurulması, onların maraq və təkliflərinin öyrənilməsi, eləcə də birgə layihə və tədbirlərin həyata keçirilməsi istiqamətində fəaliyyət göstərəcək.
Mərkəzin açılış mərasimində çıxış edən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud yeni məkanın sakinlərin gündəlik həyatına verəcəyi töhfələrdən danışıb. Sədr İçərişəhərin yalnız tarixi abidələri ilə deyil, həm də burada yaşayan insanları, onların xatirələri və ənənələri ilə yaşadığını vurğulayaraq, sakinlərin bu qədim məkanın qorunmasında xüsusi rol oynadıqlarını qeyd edib.
Yalnız İçərişəhər sakinlərinin istifadəsi üçün nəzərdə tutulan İcma Mərkəzində İçərişəhər Ağsaqqallar Şurasının və “Qoru” Gənclər Təşəbbüs Qrupunun üzvləri, eləcə də uşaqlar və böyüklər üçün yaş qrupları və maraq dairələri nəzərə alınmaqla müxtəlif görüşlər, dərnəklər, klublar və mədəni tədbirlər təşkil olunacaq. Bu məkan sakinlərin ictimai həyatda fəal iştirakını təmin edən, yeni ideyaların reallaşdırılmasına şərait yaradan və qoruğun zəngin sosial-mədəni mühitini daha da inkişaf etdirən mühüm bir platformaya çevriləcək.
13:38
350
21 Sentyabr 20:09
840
21 Sentyabr 17:08
875