Polşada məktəb və məsciddə terror aktı planlaşdıran yeniyetmə saxlanılıb
“ASAN xidmət”in Kambocada tətbiqi ilə bağlı işlər sürətləndirilir
İran Prezidenti BMT Baş Assambleyasına gedərkən Əlcəzairdə dayanıb
Ukraynada Azərbaycan Milli Musiqi Gününə həsr olunan tədbir keçirilib
Metronun "Xocəsən" və "Avtovağzal" stansiyalarına giriş sabahdan pulsuz olacaq
16:12
462
Lənkəranda evlərin birindən küllü miqdarda pul oğurlayanıb.
DİN-nin mətbuat xidmətinin Lənkəran regional qrupundan APA-nın cənub bürosuna verilən məlumata görə, Lənkəran rayonu ərazisində yerləşən evlərdən birindən 500 manat və içərisində 75 000 manat olan seyfin oğurlanması barədə polisə məlumat daxil olub.
Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlərlə əməli törətməkdə şübhəli bilinən İsmət Baxşiyev, Seyhun Hüseynov və Yusif Nuriyev saxlanılıblar. Saxlanılan şəxslərin hər üçü barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Faktla bağlı başlanılmış cinayət işi üzrə araşdırmalar davam etdirilir.
