“Bakı təhlükəsizlik diplomatiyasının yeni platformasına çevrilir”
Mikayıl Cabbarov dağ-mədən və metallurgiya sənayesi ilə bağlı əsas çağırışları açıqlayıb
Dövlət başçısı: Bizim perspektivli yataqlarımız bu gün hələ də öz geoloji kəşfiyyat dövrünü gözləyir
Nazir: Qarabağ və Şərqi Zəngəzurda geoloji kəşfiyyat genişləndiriləcək
15:06
434
Qarabağda və Şərqi Zəngəzurda geoloji kəşfiyyatın genişləndirilməsi nəzərdə tutulur.
Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə “Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirədə iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Nazir qeyd edib ki, proqram yalnız 2030-cu ilədək olan dövrü əhatə etmir, sonrakı mərhələ üçün də böyük inkişaf imkanları müəyyənləşdirir:
“Filizçay” polimetal yatağında mis, sink və qurğuşun ehtiyatlarının iqtisadi dövriyyəyə cəlb edilməsi imkanları o dövrə qədər qiymətləndiriləcək və yekunlaşdırılacaq. “Dəmirli” yatağında təxminən 470 min ton əlavə mis ehtiyatının istifadə potensialına baxılacaq. “Zəylik” alunit yataqlarının alüminium dəyər zəncirinin xammal bazasının formalaşdırılması imkanına dair yekun rəy formalaşdırılacaq. Bundan əlavə, o cümlədən xarici investorların ifadə etdiyi marağa əsasən, illik təxminən 200 min ton gücündə yeni ilkin alüminium müəssisəsinin yaradılması imkanı hazırda araşdırılır. Qarabağda və Şərqi Zəngəzurda geoloji kəşfiyyatın genişləndirilməsi də nəzərdə tutulur".
15:06
427
14:37
560
14:34
630