21 Sentyabr 18:58
21 Sentyabr 17:37
21 Sentyabr 17:36
14:36
448
Hazırda “AzerGold” QSC tərəfindən mineral resurs bazasının artırılması və yeni mədənlərin istismara verilməsi məqsədilə genişmiqyaslı işlər həyata keçirilir.
Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə “Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirədə “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Zakir İbrahimov deyib.
Onun sözlərinə görə, proses 4 əsas mərhələdə həyata keçirilir.
Qeyd olunub ki, ilkin axtarış-qiymətləndirmə mərhələsində dövlət büdcəsi hesabına 15 min kvadratkilometr ərazidə tədqiqatlar davam etdirilir və işlərin 2027-ci ildə tamamlanması planlaşdırılır. Nəticədə, işğaldan azad edilmiş ərazilər də daxil olmaqla, ölkənin mineral resurs potensialının xəritəsi hazırlanacaq.
Zakir İbrahimov bildirib ki, axtarış-qiymətləndirmə mərhələsində hazırda 10 perspektivli qızıl-mis sahəsi üzrə işlər davam etdirilir və bu mərhələnin də 2027-ci ildə yekunlaşdırılması planlaşdırılır.
“AzerGold”un İdarə Heyətinin sədri qeyd edib ki, ilkin kəşfiyyat mərhələsində 5 yataq üzrə iqtisadi cəhətdən səmərəli ehtiyatların müəyyənləşdirilməsi istiqamətində işlər aparılır.
“ Naxçıvanda “Göydağ” və “Başkənd” mis-qızıl yataqları, Balakəndə “Mazımçay” mis yatağı üzrə artıq ümumilikdə təxminən 1,5 milyon qızıl ekvivalenti unsiya ilkin resurs müəyyən edilib. Naxçıvandakı “Nəsirvaz”, Kəlbəcərdəki “Tutxun” qızıl yataqları üzrə isə ehtiyatların hesablanması davam edir”, - deyə Zakir İbrahimov bildirib.
O əlavə edib ki, sonuncu mərhələdə, dəqiq kəşfiyyat və texniki-iqtisadi əsaslandırma mərhələsində 3 yataq artıq istismara hazırlanır.
““Söyüdlü” üzrə təxminən 1,03 milyon unsiya qızıl, “Ortakənd” üzrə 246 min unsiya qızıl, “Filizçay” üzrə isə 4 milyon qızıl ekvivalentində unsiya resurs müəyyən edilib”, - deyə İdarə Heyətinin sədri qeyd edib.
15:07
329
14:36
427
14:35
455