17:02
336
“Vahid məktəbli forması vacib əhəmiyyət kəsb edir. Bununla bağlı ötən gün Nazirlər Kabineti tərəfindən müvafiq qaydada “Ümumi təhsil haqqında” qanunda müəyyən dəyişikliklər oldu və bu dəyişikliklərdən irəli gələrək də təbii ki, vahid məktəbli geyim forması sosial bərabərliyin, eyni zamanda, təhsil uyğunluğu və təhsil mühitinin sağlam göstəricisi kimi təqdim olunur və düşünürəm ki, bu, doğru qərardır”.
Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi deyib.
E.Əfəndi vurğulayıb ki, vahid məktəbli forması sosial bərabərlik baxımından vacibdir: “Çünki görürük ki, bəzi ailələrdə maddi imkan yaxşıdır, bəzilərində maddi imkan yaxşı deyil və bu, nəticə etibarilə şagirdlərdən birinin daha yaxşı geyinməsi, digərinin isə bir qədər zəif geyinməsi ilə nəticələnir. Bu da bullinqə, şiddətə, qısnamaya məruz qoyma faktına imkan yaratmış olur. Ona görə də, əlbəttə, vahid geyim formasının tətbiqi vacib əhəmiyyət kəsb edir. Düzdür, bəzi elementlər geyim formasında öz əksini tapar, hansı ki, biz milli geyim formasına daha çox üstünlük veririk. Bununla bağlı da qərarda müvafiq qeydlər öz əksini tapıb. Ümumilikdə bütün bunlar onu deməyə əsas verir ki, biz vahid geyim formasından istifadə edərkən müəyyən digər elementləri mütləq diqqətdə saxlamalıyıq. Belə ki, hansı dini mənbus və ya hansısa dini cərəyana aidiyyəti olan geyim üsullarından maksimum istifadə etməmək, yalnız qanunvericiliyin tələbinə uyğun hansı geyin forması varsa sırf ona üstünlük vermək tələb olunur və bir daha vurğulayıram ki, belə bir qərarın alınması vacibdir”.
Röya İsrafilova