Litva Prezidenti ABŞ-nin ölkəyə yeni hərbi kontingent göndərdiyini bildirib Dünya

Litva Prezidenti ABŞ-nin ölkəyə yeni hərbi kontingent göndərdiyini bildirib

Vilnüsün Vaşinqton tərəfindən Avropadakı hərbi iştirak proqramının nəzərdən keçirilməsi fonunda ölkədə yerləşdirilmiş rotasiya kontingentini itirmək narahatlığı yarandığı bir vaxtda Litva Prezidenti Qitanas Nauseda amerikalı hərbçilərin yeni növbəsinin Litvaya yola düşdüyünü bildirib.

Xalqcebhesi.az xəbər verir ki, Nausedanın sözlərini mətbuat xidməti sitat gətirib.

​"Amerikalı hərbçilərin yeni növbəsi Litvaya doğru yoldadır. Biz ABŞ Prezidenti Donald Trampa və ABŞ administrasiyasına təkcə Litvanın deyil, bütün regionun təhlükəsizliyi üçün mühüm olan bu qərara görə minnətdarıq", - deyə o, bildirib.

Məryəm Quliyeva