Ukrayna Dünya Bankından 841 milyon dollar alıb Dünya

Ukrayna Dünya Bankından 841 milyon dollar alıb

Dünya Bankı Kanadanın Hökumət zəmanəti altında ayrılmış 841 milyon dollar vəsaiti Ukraynaya köçürüb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Sergey Koretski "Telegram" kanalında məlumat yayıb.

​Koretski qeyd edib ki, bununla da Dünya Bankı tərəfindən Qərb ölkələrinin zəmanəti altında Ukraynaya ayrılan maliyyələşmənin ümumi həcmi 54,3 milyard dollara çatıb.

​Ukraynaya Dünya Bankının rezervlərindən vəsaitin ayrılması ilə bağlı razılaşmalar sentyabrın əvvəlində Volodimir Zelenskinin Kanadaya səfəri zamanı əldə olunmuşdu.

Məryəm Quliyeva