Ukraynada Azərbaycan Milli Musiqi Gününə həsr olunan tədbir keçirilib Mədəniyyət

Ukraynada Azərbaycan Milli Musiqi Gününə həsr olunan tədbir keçirilib

18.09.2026-cı il tarixində Ukraynanın Kiriviy-Riq şəhərində Azərbaycan “Milli Musiqi Günü”-nə həsr olunan tədbir keçirilib.

Xalqcebhesi.az xəbər verir ki, tədbir Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu Kiriviy-Riq şəhər nümayəndəliyi və şəhər “Mədəniyyət Sarayı”-nın birgə təşkilatçılığı ilə baş tutub.

Daha sonra Azərbaycan və Ukraynanın dövlət himnləri səsləndirilib.

Şəhərin “Mərkəz” Mədəniyyət Sarayında keçirilən tədbirdə Kiriviy-Riq şəhər meriyası, mer müavini Serqey Serqeyeviç, şəhər ictimaiyyətinin nümayəndələri və diaspor fəallarl iştirak edib. Mer müavini çıxışında Azərbaycan xalqını Milli Musiqi Günü münasibətilə təbrik edib və Azərbaycanın Ukraynanın ərazi bütövlüyünü dəstəkləməsini yüksək qiymətləndirib.

Azərbaycan-Ukrayna münasibətləri dostluq və qarşılıqlı hörmət üzərində qurulub. O, xüsusilə, son illərdə Ukraynada yaşayan Azərbaycan diasporunun ölkənin ictimai-siyasi həyatında fəal rol oynadığını vurğulayıb.

Daha sonra Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun Kiriviy-Riq şəhər üzrə sədri Kəmaləddin Ağayev çıxışında tədbirə qatılan şəhər rəhbərliyinə və ictimaiyyət nümayəndələrinə təşəkkür edib.

O, bildirib ki, Azərbaycan-Ukrayna arasında münasibətlər zaman keçdikcə inkişaf edir və xalqlar arasında dostluq bağları daha da möhkəmlənir. Kəmaləddin Ağayev diaspor fəaliyyətində fərqlənən bir neçə nəfəri təltif edərək, onlara bu yolda uğurlar arzu edib.

Təbirin sonunda Üzeyir Hacıbəyovun, Müslim Maqomayevin, Tofiq Quliyevin əsərləri ifa olunub. Həmçinin, Azərbaycan mətbəxi və mədəniyyəti təbliğ olunub. Tədbir Ukraynanın xalq artisti Qurban Abbasovun
ifalarıyla başa çatıb.

Cavid