“...PKK daxilində güclü erməni lobbisi mövcuddur” Dünya

“...PKK daxilində güclü erməni lobbisi mövcuddur”

"Hazırda PKK ilə ASALA terror təşkilatları arasında sıx əməkdaşlığın davam etməsi təkzibedilməz faktdır. ASALA-nın ötən əsrin 70-ci illərində türklərə qarşı sui-qəsdlərin təşkil olunması barədə çıxardıqları qərarında əsas hədəf və şüarları: "bizim düşmənimiz türk rejimidir", "türkü, kürdü hər yerdə, hər bir şəraitdə öldür, intiqam al" olub." "Soyqırımı Həqiqətlərinin Tanıdılması" İctimai Birliyinin sədri Ceyhun Ələkbərov son zamanlar PKK-nın Türkiyədə törətdiyi terrorların aktivləşməsinə münasibətində belə bir bəyanatla çıxış edib. Hər iki terror qruplarının türk dünyası başda olmaqla bütün bəşəriyyət üçün təhlükəli olduğunu vurğulyan QHT sədri, təşkilatların həyata keçirdiyi qətliamlara diqqət çəkib. "1975-ci ildə Livanda yaradılan ASALA elə həmin dövrdən başlayaraq Türkiyədə və Avropa ölkələrində bir sıra terror aktları törədib. Nəticədə onlarla türk əsilli diplomat və minlərlə günahsız insan erməni terrrorizminin qurbanı olub. Az müddət ərzində bir çox amansız planlar reallaşdıran ASALA 1980-ci ilin aprelində Livanda birgə terror aksiyalarının keçirilməsinə dair PKK ilə razılığa gəlir, 1984-cü ildə isə Livanda mətbuata birgə açıqlama verərək bundan sonra Türkiyəyə qarşı birlikdə hərəkət edəcəklərini açıqlayıblar. 1987-ci ildəki yeni razılaşmaya əsasən PKK-nın Türkiyənin iri şəhərlərində planlaşdıracağı terror aktlarında ASALA-nın da iştirak edəcəyi nəzərdə tutulur. Bütün məsələlərdə ilkin addım kimi Türkiyə və Azərbaycan əleyhinə terrorçuların hazırlanması dayanır. Qərargahı Beyrutda, təlim-məşq bazaları isə Suriyada yerləşən terror təşkilatlarının əsas məqsədi Türkiyənin Şərqi Anadolu bölgəsi, Şimali İran və Azərbaycanın Naxçıvan və Dağlıq Qarabağ əraziləri üzərində "Böyük Ermənistan" qurmaq olub. Buna görə də sözügedən terror təşkilatları əsrlərdir həm özlərinə tərəfdaş toplamaq, həm də xain planlarını reallaşdırmaq istiqamətində bir sıra "irəliləyişlərə" nail olublar." Ermənistanın Azərbaycanın işğal etdikləri Dağlıq Qarabağ bölgəsində narkotik tranziti ilə məhz PKK vasitəsilə məşğul olmaqlarına diqqət yönəldən QHT sədri vurğulayıb ki, işğal altında olan torpaqlarımızda narkotiklərin becərilməsi və tranziti təkcə regional deyil, eləcə də qlobal problemdir. " Qarabağda iri narkotik bitki plantasiyalarının olması və separatçı rejimin himayədarlığı ilə narkoticarətin aktivləşdiyi təsdiqi olan faktdır. Bütün dünyada narko-baron statusunda olan ermənilər bu vəsaitdən əldə etdiyi gəlirləri terrorizmin maliyyələşdirilməsinə, eləcə də Azərbaycan və Türkiyənin ərazilərində terror aktlarının həyata keçirilməsinə sərf edir. Təbii ki, onların Dağlıq Qarabağda həyata keçirdikləri çirkin əməllər təkcə bununla kifayətlənmir. Bu gün ASALA və onun silahdaşı PKK-nın işğal altındakı torpaqlarımızda yerləşən təlim-məşq bazalarında, həmin ərazilərdəki düşərgələrində onlarla terrorçu yetişdirilir. Düzdür, sözügedən faktların araşdırılması üçün Azərbaycan tərəfi məsələni beynəlxalq müstəvidə dəfələrlə qaldırıb, lakin təəssüf ki, bununla bağlı hələ də adekvat tədbirlər görülmüyüb." "Soyqırımı Həqiqətlərinin Tanıdılması" İctimai Birliyinin sədri Ceyhun Ələkbərov bəyan edib ki, hazırda PKK ilə sıx əməkdaşlığını davam etdirən və mərkəzləri Amerikada yerləşən "NewASALA" adlı təşkilat fəaliyyət göstərir. "Yeni ASALA hazırda Suriyada düşərgələrdə sui-qəsd, kəskin nişançılıq, təxribat və qoruma kimi təlimlər keçirir. Onlara isə böyük dövlətlər dəstək verir. Təəssüf ki, hazırkı ASALA-da olduqca təhlükəli bir şəbəkələşmə mövcuddur, daha geniş miqyaslı fəaliyyəti olan bu dəfəki təşkilatın sadəcə hərbi deyil, həm də siyasi "gücü" var və onlar istənilən an, istənilən ölkəyə siyasi anlamda sıza bilərlər." Harda məkrli plan, insanlıqdan xaric addım varsa orda erməni əli var deyən QHT sədri qeyd edib ki, bu gün dünyanın bir nömrəli problemi terror təşkilatları, terror aktlarıdır. "Torpaq, ərazi davası dünyanı düşündüyümüzdən də böyük faciəyə sürükləyir. Bu faciələrin isə ən ağırı və təəssüf ki, heç bir böyük dövlətin çarə tapmadığı terrorizmdir. Əksər hallarda türk ölkələri və türk əsilli şəxslərə qarşı törədilən bu terrorlarda islamafobiya da özünü açıq şəkildə biruzə verir. Əks təqdirdə böyük dövlətlər terror hadisələrinə bu cür dırnağarası yanaşıb ikili standart yürütməzdi. Kim bilir, bəlkə də ASALA və PKK kimi canilərlə ölkəni qarışdırıb, insanlar arasında xaos yaratmaq, ən dəhşətlisi isə minlərlə sivil vətəndaşın, məsumun ölümünə səbəb olmaq böyük adlandırdığımız o dövlətlərin ən "uğurlu" layihələridir."