814 terrorçu öldürülüb Dünya

814 terrorçu öldürülüb

Öcalanın terrorçulara müraciət edəcəyi söylənilir

Cavid

Türkiyə Silahlı Qüvvələrinin (TSK) PKK terrorçularına qarşı uğurlu əməliyyatları davam edir. Bu dəfəki əməliyyat Şimali İraqda Kandil dağında baş tutub. Ordunun hava hücumlarında 14 PKK hədəfi məhv edilib. Bu dəfəki əməliyyatlarda xüsusi təyinatlı qadınar da iştirak edib. Terrorçuları gizləndiyi mağaraların dağıdılması kəşfiyyat sənədlərində də öz əksini tapib. Türkiyə ordusunun yenidən Kandil dağına qayıdacağından qorxan terrorçular ölənlərin meyidlərini ərazidə qoyub qaçırlar. Uzun müddət ərazidə qalan meyidlər çürüyür və ətafa pis qoxu yayılır.
Türkiyə ordusu artıq bir aydan çoxdur ki, terrorçulara qarşı əməliyyatlarını davam etdirir. Son məlumatlara görə, ümumilikdə əməliyyatlarda 814 terrorçu öldürülüb.
PKK hücumlarını hökümət idarələrinə və polis məntəqələrinə təşkil edir. Ölkənin bəzi bölgələrində komentant saatı elan edilir və sakinlərin çölə çıxmasına icazə verilimir.
Bu arada "CNN Türk" kanalında "Ağıl çəmbəri" verilişində qonaq olan akademik Ramazan Topdemir deyib ki, PKK lideri Abdullah Öcalan sentyabrın 1-də terrorçulara müraciət edəcək. Topdemir Öcalanın dünya sülh günündə sülh çağırışı edəcəyini iddia edib. HDP-nin müvəqqəti hökumət üçün nazir verməsinin kürd ictimaiyyəti baxımından siyasi divident olacağını deyən Topdemir AKP ilə arada olan buzların əriyəcəyini deyib. Akademik həmçinin Abdullah Öcalanın təşəbbüsü ələ alaraq səhnəyə çıxacağını deyib: "1 sentyabr Dünya sülh günü Abdullah Öcalan silahları yerə qoyun deyəcək və sülh çağırışı edəcək."
Abdullah Öcalan ötən həftə "sülh prosesi"nin pozulmasına və Türkiyə Silahlı Qüvvələri (TSK) ilə PKK arasında atəşkəs razılaşmasının qüvvəsini itirməsinə görə HDP-ni ittiham etmiş və onlarla görüşdən imtina etmişdi. Digər bir məlumatda isə PKK terror təşkilatı ilə Almaniyanın əməkdaşlığını ifşa olunduğu öz əksini tapıb. Belə ki, Türkiyə Silahlı Qüvvələrinin Qəndili bombalaması PKK terror təşkilatı ilə Almaniyanın əməkdaşlığını ifşa edib.
"Yeni Şafak" nəşrinə istinadən xəbər verir ki, Almaniya kəşfiyyat xidmətinin (BND) agenti bombardman nəticəsində ölən PKK terrorçularının arasından çıxıb.
PKK terrorçularına təlim keçmək üçün Qəndilə göndərilən 7 alman agentindən biri türk qırıcılarının bombardmanı nəticəsində ölüb. Təşkilatda "Dilsoz Bahar" kod adı ilə tanınan agentin cənazəsini məmləkəti Karlsruhe şəhərinə Türkiyə üzərindən göndərmək istəyən alman səlahiyyətliləri Ankaradan rədd cavabı alıb. Almaniya gizli xidməti Türkiyə marşrutundan ümidini itirdikdən sonra, cənazəni Ərbildən təyyarə ilə Avstriyanın paytaxtı Vyanaya, oradan da Almaniyanın Karlsruhe şəhərinə göndərib. Ölən alman agentinin bu ilin mayında PYD döyüşçülərinə təlim vermək üçün Suriyanın Qamışlı şəhərinə göndərildiyi, burada 2 ay qaldıqdan sonra Qəndilə gedərək PKK terrorçularına təlim verdiyi deyilir.
İŞİD-lə mübarizə çəriçivəsində İraqın kürd bölgəsinə ağır silahların PKK-nın əlinə keçdiyi bildirilir. Almaniya bu silahların PKK-ya necə keçdiyinə dair sualları cavabsız qoyur. Məlumata görə, PKK-nın Kandildəki düşərgələrində yerləşdirilən bu silahların əksəriyyəti Türkiyə Silahlı Qüvvələrinin bombardmanları ilə məhv edilib.
İddiaya görə, Almaniyanın PKK-ya verdiyi silahların Türkiyə ilə sərhəd xəttindəki düşərgələrdə saxlanılmasının əsas səbəbi şəhər döyüşləri başlayacağı halda bu silahların Şırnak və Hakkari vilayətlərinə tez çatdırılmasını təmin etməkdir.