10:14
560
ABŞ-ın vitse-prezidenti Cey Di Vens Vaşinqtonun İrana "zorakılığa zorakılıqla" cavab verəcəyini bəyan edib.
Xalqcebhesi.az xəbər verir ki, o, bu fikirləri ABŞ hərbçilərinin İran ərazisinə endirdiyi zərbəni şərh edərkən özünün "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.
"İran atəşkəs sazişi imzalayıb. Biz buna əməl edirik. Əgər onların anlaşma memorandumunun tətbiqi ilə bağlı hər hansı fikir ayrılığı varsa, zəng edə bilərlər. Lakin zorakılıq zorakılıqla qarşılanacaq", — deyə o qeyd edib.
Bundan əvvəl ABŞ Ordusunun Mərkəzi Komandanlığı (CENTCOM) Tehranın Hörmüz boğazından Sinqapur bayrağı altında tranzit keçən ticarət gəmisinə hücumuna cavab olaraq İran ərazisinə zərbə endirildiyini xəbər vermişdi.
Məryəm Quliyeva
26 İyun 17:12
1 407
26 İyun 17:06
1 155
26 İyun 17:03
1 260