Avropanın iflic olan miqrasiyası Dünya

Avropanın iflic olan miqrasiyası

Cavid

Uzun əsrlər boyunca Avropa müharibələr, aclıq və səfalətdən əziyyət çəkən bir kontinent kimi tanınıb. Milyonlarla avropalılar sosial və iqtisadi çatışmazlıqlar səbəbindən emiqrasiyaya məruz qalıblar. Onlar Atlantik okeanını üzərək Cənubi və Şimali Amerikaya, bəzən hətta uzaq Avstraliyaya üz tuturdular. Əsas məqsəd əzab əziyyətdən qurtularaq özləri və uşaqları üçün daha əlverişli həyat tərzi yaratmaqdan ibarət idi. Bütün bunlar olub, hazırda isə daha çox müzakirə mövzusu "İqtisadi miqrantlar"la bağlıdır. 20-ci əsrdə irqi və siyasi təzyiqlər, bundan baqşa iki Dünya müharibəsinin əzabları yeni yerdəyişmələrin əsas səbələri idi.
Bu gün isə Avropa İttifaqı dünyanın ən zəngin iqtisadi zonalarından hesab olunur. 10 illərdir ki, Avropalılar, onların əsas hüquqlarını mühafizə edən ölkələrdə yaşayırlar. Avropalıların ərazidən imiqrasiyası unudulmuş bir tarixə çevrilib. "Project-Syndicate"nin yazdığına görə, buna baxmayaraq avropalıların böyük əksəriyyəti yenidən təhlükə hiss etməyə başlayıblar. Lakin təhlükə, qonşuları ilə kəskin münasibətlərə meyilli Rusiya tərəfindən deyl, kasıb ölkələrdən gələn qaçqınlar və immiqrantlar tərəfindən yaranır. Bu yay yüzlərlə insanın Aralıq dənizində bataraq dünyasını dəyişməsi, Avropanın bütün nötqələrində səslərin ucalamsı ilə nəticələndi. Dəmir pərlərin 26 ildən sonra endirilməsinə baxmayaraq, yeni məhdudlaşmaların, divar və hasarların yaranmasına şərait yaranıb. Butün Avropa boyunca ksenofobiya və açıq rasizm inanılmaz səviyyəyə qalxıb. Millətçi, hətta həddindən artıq sağçı partiyalar isə get gedə güc və dəstək toplayır.
Eyni zamanda etiraf etmək lazımdır ki, bu hələ krizisin başlanğıcıdır. Çünki öz evlərini tərk etməyə məcbur olan insanların sayı günü gündən artmaqdadır. Fakt isə ondan ibarətdir ki, Aİ-na daxil olan ölkələrdən bütün bu baş verənləri həm sosial, həm də siyasi tərəfdən qarşılamağı bacaran tərəflər - siyasi, mənəvi və inzibati cəhətdən sarsılıblar. Belə bir iflic Aİ üçün ciddi risklər yardır. Hamı hesab edir ki, Aİ-nın ciddi itkilərə mərzu qalmış ölkələrindən İtaliya və Yunanıstan özbaşına geniş miqrasiya ilə bağlı yaranmış problemləri həll edə bilməz. Digər ölkələrdə isə artıq buna qarşı erroziya xarakterli fikirlər formalaşıb. Böyük ehtimalla Aİ cari tendensiyanın dizinteqrasiya (bir növ dağılma) olunmasına çalışacaq. Avropanın hazırkı miqrasiyası 3 müxtəlif istiqamətdən qaynaqlanır: Qərbi Balkan ölkələrindəki daimi iqtisadi anlaşılmazlıqlar, Yaxın Şərq regionundakı qeyri-müəyyənlik və Afrikadakı sivil müharibələr və toqquşmalar. Qərbi Ukraynadakı müharibənin intensifikasiyası isə tezliklə miqrasiyanın 4-cü qaynağını müəyyənləşdirəcək. Başqa sözlə Avropanın hazırda məruz qaldığı miqrasiya problemi onun digər zonalarındakı qeyri-stabillik və ciddi krizis nəticəsində yaranır. Buna baxmayaraq Aİ bu problemlərin həlli yolunda çox iş görə bilmir. Aydın məsələdir ki, Aİ öz xarici siyasitində müəyyən dəyişikliklər etməlidir, xüsusən də təhlükəsizlik sferasında. Avropanın Qonşuluq Siyasəti məyyən dəyişikliklər etsə, o, zaman miqrasiyanın səbələri aradan qalxa bilər. Hesab olunur ki, vəziyyətin bu dərəcədə kritik olması və Avropaya yaxın ölkələrdəki səfalət məhz Aİ-nın biganə münasibəti nəticəsində yaranıb. Aİ –nın yaratdığı legitimliy vakuumu ərazidə millətçi və rasist qüvvələrin güclənməsi ilə nəticələnib.
Xarici siyasətindəki boşluqları nəzərə alsaq belə, Avropanın Yaxın Şərqdə və Afrikada baş verən münaqişələrə müəyyən təzyiq göstərə biləcəyini qeyd etmək lazımdır (Sadə müdaxilə belə istifadə olunmalı və inkişaf etdirilməlidir). Lakin qərbi Balkan ölkələri tam başqa mövzünün müzakirəsidir. Xorvatiya artıq Aİ-nın üzvüdür. Montoneqro və Serbiya artıq üzvlük danışıqlarına başlayıblar, Albaniya və Makidoniya əsas namizədlərdir, Bosniya və Herzoqovina, eləcə də Kosovo potensial namizədlər hesab olunurlar. Burda Aİ sərhədsiz imkanlara malikdir. Bəz görəsən Aİ hansı səbədən Qərbi Balkanla bağlı planlarını genişləndirmir? Bu yolla Aİ çox iş görə bilər. Xüsusən də iqtsiadi, inzibati müasirləşmə və infrastruktur layihələrində böyük uğurlar əldə etmək olar. Bu yolla regionu əsas sənaye mərkəzlərinə daha da yaxınlaşdırmaq mümkündür. Lakin bu sualın cavabı hələ də sirr olaraq qalır. Absurd vəziyyət isə ondan ibarətdir ki, Aİ-na daxil olmağa namizəd ölkələrin nümayəndələri, sığınacaq almaq istədikləri təqdirdə müəyyən çətinliklərlə üzləşirlər. Səbəb isə onların Aİ-na leqal miqrasiya hüquqlarının olmamasıdır. Lakin bir xüsusi hal var - bu da qaraçılardır. Onlar əsasən Balkanların Cənubunda qərarlaşıblar və tez tez də diskriminasiya halları ilə üzləşirlər. Bu ümumavropa problemidir. Qaraçılar 1989-cü ildə komunizmin dağılmasından sonra ciddi zərbələr adılar. Bu ərəfədə onlar ixtisassız sənayesi işlərində çalışırdılar və ixtisara düşən ilk insanlar oldular. Nəticədə onların böyük əksəriyyəti, Avropanın hazırkı və ya gələcək sakinləri – səfalət içinə düşdülər. Onlara qarşı diskriminasiya halları indi də davam edir, hansı ki, Avropa səviyyəsində qalmaqalla nəticələnib. Aİ, ona daxil olan ölkələr və daxil olmağa namizəd olan ölkələr bu problemi tezliklə həll etməlidirlər. Qaçqınlarla bağlı yaranan böhran, Avropadakı daha bir struktur problemindən bəhs edir. Söhbət demoqrafiyadan gedir. Nəzərə alsaq ki, Avropa sakinləri qocalır və azalır o zaman imiqrasiyaya böyük tələb yaranır. Buna baxmayaraq Avropalıların böyük əksəriyyəti imiqrasiyanın əleyhinədir. Çünki bu hal sosial dəyişikliklərə gətirib çıxarır. Uzunmüddətli perspektivdə siyasətçilər Avropa əhalisinə başa salmalıdırlar ki, onları iqtisadi rifah, sosial təminat və əhalinin yüksək səviyyədə yaşaması planında uğurlar gözləmir. İqtisadi aktivlik baxımından təqaüdçülərin vəziyyəti də get gedə pisləşə bilər. Avropanın işçi qüvvəsi azalır, lakin artmalıdır və bu da inkişafa mane olan əsas səbələrdən biridir. Buna görə Avropalılar miqrantların axınına təhlükə kimi baxmamalıdırlar. Buna yeni imkan kimi yanaşmaq lazımdır.