ABŞ öz düşmənlərini oyundan necə kənarlaşdırır? Dünya

ABŞ öz düşmənlərini oyundan necə kənarlaşdırır?

ABŞ-ın vasitəçisi olduğu çevrilişlər

Dünyanın aparıcı ölkələrinin xarici siyasətində əsas diqqət çəkən məqamlardan biri digər ölkələrin daxili işlərinə qarşımalarıdır. Öz məqsədlərini güdmək üçün bu işdə daha çox fəallığı ilə seçilən ABŞ-dır. Buna misal olaraq "vasitəçi çevrilişlər"i göstərmək olar. Bu yolla Amerika tərəfi özünə lazım olan şəxsi hakimiyyətə gətirməklə ona sərf edən siyasətin yeridilməsinə nail olur. Çevriliş – qeyri qanuni yolla, zülm və təhdid vasitəsi ilə hazırkı liderin devrilməsi ilə nəticələnən prosesdir. Zülm adətən bir qrup insan tərəfindən həyata keçirilir. Çevrilişlə inqilab arasındakı əsas fərq də məhz budur. İnqilab daha çox əzilməkdə olan xalq tərəfindən reallaşır.
Mütəxəssis Məhəmməd Purməhəmməd ("Böhran" İran) yazır ki, "Vasitəçi çevriliş" sayəsində bir qrup insan daha güclü dövlətlərdən dəstək alaraq, mövcud rejimi devirərək onu öz əlinə keçirir. Belə olan halda kömək edən vasitəçi dövlət, çevriliş olmuş ölkədə daha çox hərbi liderləri və yaxud da hərbi liderlərin nəzarəti altında olan şəxsləri hakimiyyətə qoyur və onlardan öz məqsədləri üçün istifadə edir. Bu məqalədə biz vaxtı ilə ABŞ-ın vasitəçisi olduğu çevrilişlər haqda danışacağıq.

Keçmişə baxış: İrandakı dövlət çevrilişi

1950-ci ildə neft sənayesinin milliləşdirilməsindən sonra İran Qərbdən canını qurtaran ilk dövlət oldu. İqtisadi və siyasi azadlıq üçün İran höküməti bütün vasitələrdən istifadə etdi. Bu mübarizədə ABŞ əvvəlcə ölkədəki milli hərəkatı dəstəkləyərək, digər tərəfdə dayanan Böyük Britaniyanı tezliklə həll yolunu tapmağa vadar edirdi. Bu haqda İranın baş naziri Məhəmməd Mosaddıka ABŞ tərəfi ilə görüşlərdə də qeydlər aparmışdı. Lakin prosesin gedişhatında Milli hərakatın Rusiyaya meyilli olması və İran Milli Partiyası olan "Tude"dən asıllığı ABŞ siyasətinin dəyişməsi ilə nəticələndi. Beləliklə İranda kommunizmin inkişafı və neft sektornun əldən çıxmasından yaranan qorxu ABŞ-ı Böyük Britaniya ilə neft sənayesinin milliləşdirilməsinə qarşı çıxmasına gətirdi. Nəticədə ABŞ və Böyük Britaniya birləşərək Mosaddıka qarşı mübarizə aparmağa başladılar. Beləliklə də İranda neft sənayesinin milliləşdirilməsi əleyhinə böyük "derja"valar birləşdi və "Ayaks" adlandırılan planı hazırladı. Hansının ki, icrası Kermit Ruzveltə tapşırılmışdı. Bu planın digər üzvləri isə Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Allen Duqlas, xarici işlər naziri Con Foster Dalles və general Volter Bredli Smit idi. Lakin Mosaddıkın hakimiyyətinə qarşı əsas qüvvə Kermit Ruzvelt hesab olunurdu. 1953-cü ilin 16 və 19 Avqust çevrilişlərində o, yaxından iştirak etmişdi. Ruzvelt İranın baş nazirinə qarşı olan bütün qüvvələrlə mütamadi münasibətdə idi. Amerika – Britaniya cütlüyünün Mosaddık hakimiyyətinə qarşı ən ciddi mübarizəsi isə həmin ilin 18 fevralında baş verdi. Həmin gün İran hərbiçilərin rəhbəri Afşar Tus oğurlandı və 22 apreldə qətlə yetirildi. Bu yolla, çevriliş tərəfdarları xarici işlər naziri Huseyn Fatemiyə, "Milli Cəbhə"nin lideri Əli Şeyqana və parlamentin spikeri Abdulla Moazzemiyə təsir göstərmək istəyirdilər. Sui-qəsdçilər diskvalifikasiya yolu ilə hakimiyyətə təzyiq göstərməyə çalışırdılar. Onların əsas mqəsədi Şah Rza Pəhləvinin göstərişi ilə baş nazir vəsizfəsinə Fazlollu Zahedinin gətirilməsindən ibarət idi. Avqustun 16-sı çevriliş baş vermədi. İnformasiyanın sızması nəticəsində Şah İranı tərk etdi. Lakin Ruzvelt ölkədə qaldı. Buna baxmayaraq 3 gündən sonra retroqrad monarxistləri və uzaqgörənliyi ilə seçilməyən siyasətçilər çevriliş etməyə nail oldular.

Kuba

1933-cü ilin sentyabrında Fulhensio Batista Kubalı hərbiçilərlə birgə ölkədə çevriliş etdi. Nəticədə prezident Herardo Maçado vəzifədən getdi. Onun yerini Ramon Qrau San Martin tutdu. Sonuncunun fəaliyyəti iqtisadi, sosial və siyasi sahələrdə uğursuzluqla nəticələndi. Hansı ki, 1989-cu ildə Kuba elitası ABŞ maraqlarına xidmət edir. San Martin ABŞ-la bağlı siyasətində müəyyən dəyişikliklərə getdi ki, bu da rəsmi Vaşinqtonu hiddətləndirdi. Nəticədə ABŞ-Batsita ilə əməkdaşlığa gedərək prezidenti devirmək qərarına gəldi. 1934-cü ildə Ramon Qrau San Martin istefaya göndərildi, onun yerinə isə Karlos Mondeta təyin edildi. 1934-cü ildən - 1940-cı ilə qədər Batista ölkədə ən vacib fiqur idi. Onu Kubada "Ən güclü insan" və ya "Qara kardinal" adlandırırdılar. Onunla razılaşmayan rəhbərlər tezliklə istefaya göndərilirdilər. Nəhayət Batsita 1940-cı ildə özü ölkə prezidenti seçildi. Konstitutsiyaya əsasən o, hakimiyyətdə çox qala bilməzdi. Nəticədə 1944-cü ildə müxalifət lideri Qrau San Martin yenidən prezident təyin edildi. 1952-ci ildə Batista bir daha namizədliyini irəli sürdü. 3 real namizəddən ən az səs toplayan Batista olsa da, çevriliş nəticəsində o yenidən hakimiyyəti ələ aldı. Batista bu hərəkətini ölkədən korrupsiyanı təmizləmək adı altında reallaşdırdı. Hakimiyyətdə Batista ABŞ tərəfindən silahlanmış orduya güvənərək oturmuşdu. Bunun qarşılığında isə, Amerikalı tarixçi Stiven Ambrozun yazdığı kimi, yeni prezident qəbul edirdi ki, o ABŞ-ın maliyyələşdirdiyi kiçik bir cəmiyyətin rəhbəridir.

Qvatemala

ABŞ-ın müdaxiləsinə misal daha bir ölkə isə Qvatemaladır. 1951-1954 cü illər aralığında bu ölkəni Xakobo Arbens Qusman idarə edirdi. O Komunistlər Partiyasına rəğbət bəsləyirdi. Torpaq islahatları aparmağa hazırlaşarkən 1954-cü ildə Mərkəzi Kəşfiyyat İdarəsi onu hakimiyyətdən uzaqlaşdıraraq islahatlara da son qoydu. Çevrilişin rəhbəri kimi Mərkəzi Kəşfiyyat İdarəsi, polkovnik Karlos Kastilio Armosu təyin etmişdi. Həmin ərəfədə O, Hondurasda məskunlaşmışdı və lazım olan dəstəyi alırdı. İlk cəhd uğursuz olduqda Mərkəzi Kəşfiyyat İdarəsi, 2-ci dünya müharibəsindən qalmış bombardıman təyyarələri işə salaraq Arbens Qusmanın istefaya getməsinə nail oldu.

Çili

Anoloji dövlət çevrilişi Çilidə 1973-cü ildə baş verib. Onun məqsədi qanuni yolla seçilmiş prezidenti, sol fikirli Salvador Alendeni devirmək idi. Çevrilişin rellaşmasında hərbi qüvvələrin komandanlığı və Polis qüvvələri də yaxından iştirak etmişdilər. 11 Sentyabrda Hərbi qüvvələr port şəhəri olan Valparaisonu nəzarət altına aldılar. Paytaxtda isə hərbi qüvvələr radionu bağlayaraq, çevrilişə dəstək niqtləri yaymağa başladılar. Bir neçə saatdan sonra Prezident Binasının qarşısına tanklar toplaşdı. Bundan başqa hərbi hava qüvvələrinin hücümları başladı. Alende güzəştə getmək qərarına gəlmədi və nəticədə özünü öldürdü. Bundan sonra hakimiyyətə Auqusto Pinoçet gəldi. Bu çevriliş də ölkədə ABŞ-ın dəstəyi ilə həyata keçdi.

Venesuela

Çili çevrilişinin eynisi 2002-ci ildə Venesuellada Uqo Çavesin hakimiyyətinə qarşı oldu. Venesuella rəhbəri, Fidel Kastronun anti-Amerika baxışlarına böyük hörmətlə yanaşırdı. O hazırkı beynəlxalq nizamı tanımayan və Qərb Liberalizminə qarşı çıxan bir hökümət qurmuşdu. Nəticədə 2002-ci ilin yanvar ayından başlayaq, Çavesin uzaqlaşdırılması ilə bağlı planlar qurulmağa başladı. Nəticədə, həmkarlar ittifaqının və işgüzar dairələrin nümayəndələri

prezidentin istefasını tələb etmək məqsədi ilə küçələrə çıxdılar. Həmin ilin aprel ayında bir sıra hərbi idarəedicilər Çavesin istefasına nail olmaq üçün həmlələr etsələr də sonradan peşman olaraq təslim oldular. Çevrilişin baş tutmamasının əsas səbəi də məhz bu idi. Hərbi qüvvələr peşman olaraq dövlətə təslim oldular. Daha sonra araşdırmalar zamanı məlum oldu ki, sözü gedən qüvvələrin arxasında məhz ABŞ dayanmışdı. Bunun daha bir sübutu isə o idi ki, ABŞ-a məxsus bir sıra maliyyə institutları (hanslar ki, demokartiyaya dəstək üçün formalaşdırılıblar) bu çevrilişin üzvlərinə madii yardım göstərirdilər.

İndoneziya

ABŞ-ın siyasi müdaxiləsinin qurbanı olan daha bir ölkə isə İndoneziyadır. Burada general Məhəmməd Suxarto prezident Sukarnonu devirmək üçün hərbi yola əl atmışdı ki, bu da kütləvi qırğınla nəticələnmişdi. Komunist düşüncəli Sukrano hakimiyyətə ölkə müstəqillik qazandıqdan sonra gəlmişdi. 1966-cı ildə O, Suxartonun səlahiyyətlərini artırdı, nəticədə prezident binasının qarşısında hərbiçilər göründü. Komunist partiyasının çeviriliş etmək istədiyi ilə bağlı xəbərlər yayıldıqdan sonra bu partiyanın yüzlərlə günahsız üzvü qətlə yetirildi. Hərbiçilər hakimiyyəti ələ aldıqdan sonra Sukarnonu vəzifədə saxlasalar da, sonradan onu Suxarto əvəz etdi. Qərbin dəstəyi ilə Suxarto ölkədə Komunist ideyalarını boğmağa başladı. Suxartonun fəaliyyəti bir daha göstərdi ki, ABŞ onun ideyalarına qarşı olan bütün mümkün təhlükələrə qarşı intensiv mübarizə aparır.

Nikaraqua

Sandiniya inqilabından sonra 1979-cu ildə Nikaraqua da ABŞ standartalarına uyğun gələn dövlət olmaqdan yayınmağa başlandı ki, bu da rəsmi Vaşinqtonu razı sala bilməzdi. 1981-ci ildə ölkənin həmin ildəki prezidenti Ronald Reyqan, Mərkəzi Kəşfiyyat İdarəsini səlahiyyətləndirərək onlara antisandiya qruplaşmalarına dəstək olmaq göstərişi verdi. Konqresin razılığını almadan Reyqan höküməti "kontras" adlı hərbi qruplaşma yaradaraq onun bütün maliyyə xərclərini öz üzərinə götürdü. Bu hərbi quruplaşma daha çox keçmiş prezident Anastasio Somos Qarsiyanın dövründə qulluq edən hərbiçilərdən ibarət idi. Bundan başqa ABŞ vətəndaşlardan ibarət idarə olunan qrupların formalaşmasına da böyük diqqət ayırırdı. Ardınca ABŞ Nikaraquanı siyasi və iqtisadi blokadaya salmaq qərarına gəldi. Qarşıdurma zamanı "kontras" uğursuluğa düçar olsa da, ABŞ müqavimətini dayandırmadı. 1990-cı ildə sandistlərə qarşı təyin edilmiş iqtisadi sanksiyalar onların seçkilərdəki məğlubiyyəti ilə nəticələndi. Beləliklə də ABŞ bu ölkədə də öz istəyinə nail ola bildi.