Suriyaya sülhü ancaq Rusiya gətirə bilər Dünya

Suriyaya sülhü ancaq Rusiya gətirə bilər

Suriya probleminin həllində müəyyən canlanma yaranıb

Cavid

Rusiyanın Suriyadakı hadisələrə müdaxiləsi rəsmi Vaşinqton üçün təkcə gözlənilməz zərbə olmadı. Bu hadisə Yaxın Şərqdə həlledici starteji an ola bilər, xüsusən də Suriyadakı vətəndaş müharibəsi dayansa. İlk baxışdan Putinin həmlələri itməkdə olan Əsəd rejimini bərpa etməyə hesablanmış kimi görünür. Lakin mütəxəssislər hesab edir ki, bu həmlələr Rusiya üçün Əfqanıstanda olduğu kimi faciə ilə nəticələnə bilər. Xatırlayırsınızsa həmin dövrdə İslam qüvvələri Rusiya üzərində qələbəni bayram edə bilmişdilər. Putin isə BMT-nin sammitində bildirib ki, Əsəd hakimiyyətinin məğlubiyyəti müəyyən alternativ yarada bilər ki, bu hadisə də, İslam ekstremizminin güclənməsi ilə nəticələnəcək. Bununla belə, Suriyadakı vətəndaş qırğınını dayandırmaq üçün Rusiya ABŞ-a nisbətən daha əlverişli mövqedədir. "Inosmi.ru" yazır ki, Cons Hopkins Universitetində - Müasir Beynəlxalq Araşdırmalar məktəbinin dekanı Vəli Nəsrinnin fikrincə, sonu məlum olmasa da, Rusiya Suriya probleminin həllində müəyyən canlanma yaradıb. Böhran təkcə Əsədi dəstəkləyən İranla bağlı deyl, eyni zamanda İŞİD-lə İraqda mübarizə ilə də əlaqəlidir. Əsədin əsas tərəfdaşı, eləcədə İŞİD-in əsas düşmanı kimi təqdim olunan Rusiya İslam ektremizminə qarşı mübarizə elan edib. Bununla da İranla bağlı diqqətləri yayındırıb. İndi çoxları üçün Yaxın Şərqdə əsas mövzu Rusiyanın fəaliyyəti ilə bağlıdır. İranın nüvə ilə bağlı razılaşmasının nəticələri az adamı maraqlandırır. Rusiya müdaxiləsi eyni zamanda Türkiyə və Fars körfəzində monarxiya idarə sistemli dövlətlər üçün də müəyyən təhlükə yaradır. Hansılar ki, Suriyada müxalifətə dəstək olurlar. 2012-ci ildə Səudiyyə Ərəbistanının kralı Abdalla Rusiyanın Suriyadakı fəaliyyətinə qarşı çıxaraq, Medvedevlə telefon əlaqəsi zamanı, danışığı gözlənilmədən dayandırmışdı. Lakin görünür qarşı tərəfin fikri Rusiyanı elə də maraqlandırmır. Rəsmi Vaşinqtonun nüvə silahı ilə bağlı razılaşmasından sonra, ABŞ-dan narazı olan ərəb monarxları Rusiya ilə münasibətlərini yaxşılaşdırmağa can atırlar. ABŞ-dan fərqli olaraq Rusiyanın İran və ya onun Ərəbsitan yaramadasındakı düşmanları arasında seçim etməyə ehtiyacı yoxdur. Rəsmi Moskva hər iki tərəflə münasibətlərini özünə sərf edən formada qurmağı bacarıb. ABŞ lap əvvəldən Suriya məsələlərinə müdaxilə etmək niyyətində deyldi. Onların Suriya müxalifətinə göstərdiyi yardım və diplomatik yolla problemin həlli prosedurları yarıtmazlığı ilə seçilib. ABŞ-dan fərqli olaraq Rusiya isə öz fəaliyyəti ilə Suriya məsələsinin həllində əsas qüvvəyə çevrilib. ABŞ dövlət katibi Kerri münasibətləri diplomatik yolla həll etməyin yollarını axtarır, lakin hadisələrə nazarət diplomatik yanaşma tərəfdarı olan ABŞ-da deyl, diplomatiyanı özünə tabe dən Rusyadadır. Vətəndaş müharibəsinin son 4 ili zamanı ABŞ hər hansı bir ciddi müdaxilədən yayınmağı ilə seçilir. ABŞ-ın bu müharibəyə təsiri minimal olub. Onlardan fərqli olaraq Rusiya Əsədin hərbiçilərini silahla təmin edirdi, indi isə rejimin müdafiəsini öz üzərinə götürb. Bütün maraqlı tərəflər bilir ki, münaqişənin həlli Moskvadan keçir. ABŞ isə ciddi addım atmaq üçün əvvəlcə daxili çəkişmələrinə son qoymalıdır. İran və ABŞ-ın daxili siyasətdəki problemləri bu ölkələrin xarici diplomatiyada da kəskin fikir bildirmələrinə mane olur. Tərəflər birgə şəkildə regional problemləri həll etməkdə çətinlik çəkirlər. İranın lideri bildirib ki, ABŞ-la münasibətlər nüvə ilə bağlı razılaşmanın çərçivəsindən çıxmayacaq. Obama adminsitrasiyası isə İran haqda danışarkən, daha çox bu ölkənin məhdudlaşdırılamsının tərəfdarı kimi çıxış edir. Əməkdaşlıq haqda isə söbət getmir. Nüvə razılaşmasının reallaşdırılması Suriya məsələsinə kölgə salacaq, hətta rəsmi Vaşinqton Tehranla münasibətlərini düzəltsə belə, bu zaman ABŞ İsrayıl, Fars Körfəsindəki monarxiya dövlətləri və Konqres tərəfindən təzyiqlərə məruz qalacaq.
Rusiyanın İranı, Türkiyəni və Fars Körfəsindəki monarxiya dövlətlərini kompromisə dəvət etmək imkanları daha genişdir. Ötən ay ABŞ dövlət katibi Kerri Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil al-Cubeyranı Suriya məsləsini həll etmək üçün Qətərə dəvət etmişdi. Lakin Rusiya bu məsələnin həlli ilə bağlı daha intensiv addımlar atıb. Rəsmi Moskvanın danışıqlar apardığı insanların siyahısı genişdir. Misal üçün: İranın xarici işlər naziri Cavad Zarif, "Kuds" hərbi quruplaşmasının rəhbəri Qasim Suleymani, Səudiyə Ərəbistanının şahzadəsi Məhəmməd ibn Naif, Şahzadənin katibi Məhəmməd ibn Salman, Birləşmiş Ərəb Əmirliklərinin şahzadəsi Məhəmməd ibn Zayed, İsrailin baş naziri Benyamin Netanyaxu, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Moskvadan evə yollandıqdan sonra Putin onu Əsədin hərbi qruplaşmasının lideri Ali Mamlyukla görüşünü təşkil etmişdi. Görüş Ciddə şəhərində baş tutmuşdu. Putin Əsədin müdafiəsini gücləndirdiyi bir vaxtda Rusiya regiondakı güclü tərəflərlə danışıqlarını davam etdirir. Belə diplomatik fəaliyyət artıq bəhrəsini vermək üzrədir. Ərdoğanın Moskva səfərindən sonra, Türkiyə tərəfi, Əsədin münqaişənin həlli yolunda əsas fiqur olduğunu qəbul edə bilər. Görünür Ərdoğan və Fars Körfəsindəki monarxiya dövlətləri qəbul edir ki, Putin Əsədin məğlub olmasına imkan verməyəcək. Bu ölkələr də bilir ki, Əsədə qarşı getsələr Rusiya təhlükəsi ilə üz-üzə qala bilərlər. Türkiyə və İsrail də öz qonşuluğunda Rusiya hərbi qüvvələrinin uzunmüddətli fəaliyyətinin tərəfdarı deyillər. Belə olan halda Türkiyə və İsrail öz hərbi əməllərini rahatlıqla həyata keçirə bilməyəcəklər. Bu tərəflər belə qərara gəliblər ki, deyilənlərlə razılaşaraq Rusiya hərbi qüvvələrinin evə yollanmasına nail ola bilərlər. Suriyadakı münaqişənin həlli, nəinki Türkiyə və İsrail üçün, eləcə də qaçqınların axını nəticəsində bir sıra problemlərlə üzləşən Avropa üçün də əla xəbər olacaq. Lakin bu Rusiyanın ABŞ-a və Dünyadakı əmin amanlığa növbəti ismarıcı kimi qəbul edilə bilər. Mütəxəssislər belə hesab edir ki, Suriya məsləsi Rusiyanın istədiyi şəkildə başa çatsa Rusiya bu regionda təzyiqini artıracaq və digər ərazilərdəki fəaliyyətini daha da intensivləşdirəcək. Onların fikrincə, ABŞ-ın etinasızlığı nəticəsində yaranan boşluğu məhz Rusiya dolduracaq.
Surya şübhəsiz ki, Rusiyanın ərazidəki və Yaxın Şərqdəki fəaliyyətini təsdiqləyir. Moskvaya olan beynəlxaq təzyiqlər Putini çıxılmaz vəziyyətə salıb. Bu haqda yayılan məlumatlara diqqətlə qulaq asaraq, düşünməliyik. Bu məlumatlarda deyilir ki, Putin strtaegiyasını itirib və onların çıxış yolu yoxdur. İndi əsas məsələ odur ki, Rusya Suriyadakı problemi həll etmək üçün səy göstərəcəkmi? Rəsmi Moskvanın sonrakı fəaliyyəti isə başqa müzakirə mövzusudur.
"The Wall Street Journal" nəşrinin son buraxlışlarından birində, ABŞ haqda bəhs edən məqaləsində yazılıb ki, rəsmi Vaşinqton, İranla nüvə ilə bağlı razılaşmaya gəldikdən sonra hər kəsi əmin etməyə çalışrıdı ki, İran və Rusiya, Suriyadakı vətəndaş müharibəsinin həllində onlara kömək edəcək. Lakin hər şey gözlənildiyi kimi deyl, Obama administrasiyasında tez tez müşahidə olduğu kimi, daha doğrusu tam tərsinə cərayan edib. BMT-nin iclasında Obama belə bir fikir bildirib: "Ehtimal var ki, təhlükəli cərəyan bizi daha qəddar və nasaz dünyaya cəlb etsin"
Qəzetdə o da bildirilib ki, Putin və İran Suriyadakı ABŞ strategiyasına tabe olmaq niyyətində deyllər. Qeyd olunub ki, Suriyada rəsmi Tehran və Moskva Aralıq dənizinin qərbindən – Əfqanıstana qədər olan ərazilərə nəzarət planları qurur. Obamanın bu regiondan getmək istəyindən istifadə etməyi planlaşdıran tərəflər, bölgədə ABŞ-ın təzyiqini azaltmaq niyyətindədirlər. Obama isə bildirib ki, Suriyada hadisələri normallaşdırmaq üçün bərabərliyə can atmaq faydasız olacaq. Burda çıxış yolu Əsədin yeni liderlə əvəzlənməsindədir.
"Bəs Obama bunu necə həyata keçirəcək?" Nəşr idda edir ki, Putin hər gün əraziyə Aviasiya texnikası və tanklar göndərməklə Suriyadakı nüfuzunu günü gündən artırmaqdadır. ABŞ-ın dövlət katibi Kerri isə Suriya ilə bağlı yeni dialoqun açılmasına çalışır. Lakin Əsəd heç vaxt olmadığı kimi bu dəfə güzəştə getmək fikrində deyl. Çünki O, əmindir ki, Rusiya və İran "Hizbullah"ın köməyi ilə ən azı Suriyada yeni "Alavit protektorat"ı yaradacaqlar.
Nəşr ehtimal edir ki, BMT və ABŞ Putinin İŞİD-ə qarşı fəaliyyətinə veto qoysalar belə, ABŞ Suriyada Rusiyanın fəaliyyətini tanımaq məcburiyyətində qalacaq. Belə olan halda ya yenidən Əsəd, ya da Rusiya ilə İranın maraqlarına uyğun gələn bir başqa şəxs idarəçiliyə gətiriləcək. Buna baxmayaraq Obama etiraf etmək istəmir ki, onun geri çəkilmə siyasəti nəticəsində yartanmış boşluğu yaramaz səfillər doldurur.