Putinin növbəti fəthi Dünya

Putinin növbəti fəthi

Nə üçün İraq Rusiyadan kömək gözləyir?

Cavid

İŞİD-lə mübarizədə ABŞ-ın fəaliyyətsizliyi nəticəsində İraq bu mübarizədə Rusiya ilə yaxınlaşmaq qərarına gəlib. Ötən günlərdə İraqın hərbi qüvvələrinin nümayəndələri Rusiya, Suriya və İranla hərbi əməkdaşlıq haqda müqavilə imzaladıqlarını bildirib. İranın baş naziri Hayder al-Abdi ölkə ərazisində Rusiyanın avia zərbə endirməsinə icazə verəcəklərini bildirib. Ölkənin nüfuzlu dini rəhbəri ayatulla Ali al-Sistani isə dünya ictimaiyyətini İŞİD-lə mübarizədə əlbir olmağa dəvət edərək, Rusiyanın dəstəyinə tərəfdaş çıxıb.
"İnosmi" Nissaybax Yunis və Andrea Taylorun ("Foreign Affairs" ABŞ) mövzuyla bağlı fikirlərini dərc edib. Ekspertlər bildirirlər ki, ABŞ-ın fəaliyyətinin zəifliyi nəticəsində İraq artıq neçənci dəfədir ki, silahlanma baxımından Rusiyaya müraciət edir. 2013-cü ildə keçmiş baş nazir Nuri al-Maliki ABŞ-la hərbi texnikanın ötürülməsi baxımından razılığa gələ bilmədikdən sonra bu istiqamətdə Rusiya ilə 4.2 milyard dollarlıq müqavilə imzaladı. Eyni hadisə ilə üzləşən Abadi də əvvəlcə ABŞ-a, ordan istədiyini əldə edə bilmədikdə isə Rusiyaya yollandı. Vladimir Putin onun arzularını həyata keçirdi. İraqlılar tez tez Rusiyaya müraciət etməsi ilə seçilirlər. Etibarlı mənbədən daxil olan məlumatlara əsasən isə məlum olub ki, ABŞ tərəfi iraqlıları tank əleyhinə raketlərdən necə istifadə etməyin yollarını öyrətməyə cəhd ediblər. Lakin Rusiya təlimlə bağlı heç bir təklif irəli sürmür. Xarici işlər naziri Sergey Lavrov sentyabrın 27-si bildirib ki, Rusiya digər ölkələrdən fərqli olaraq heç bir siyası şərt olmadan İraqa silah ötürməyə razıdır. İraqın müdafiə naziri Xalid al-Obeydi bir qədər dərinə gedərək bildirib ki, "apardığımız mübarizədə Rusiyanın silahı çox keyfiyyətli çıxıb və çətin ki, ABŞ bizi belə bir texnika ilə təmin edərdi. Bu istiqmətdə Rusiyanın apardığımız mübarizədə dəstək olması təqdirəlayiqdir". İraq tərəfi Rusiyanın hadisələrə müdaxiləsini düzgün hesab edir və bunu gizlətməkdən çəkinmir. Hərbi qruplardan hesab olunan "Badr"in rəhbərlərindən biri deyib: "Rusyanın İraq səmasındakı fəaliyyətini dətəkləyirik". Digər hərbi qüvvələr də Rusiyanın sözügedən fəaliyyətinə etiraz etmirlər. ABŞ-ın fəaliyyətsziliyi fonunda Rusiyanın həmlələri sevinclə qarşılanır.
Lakin İraq rəsmi şəkildə tam olaraq Rusiyaya meyillənsə bu onlar üçün böyük bir səhv olacaq. Rusiya İraqda intensiv fəaliyyətə başlasa, Suriyada olduğu kimi yerli əhalini nəzərə almayacaq. Bundan başqa böhranı danışıq yolu ilə həll etmək baxımından Rusiyanın heç bir strategiyası yoxdur. İŞİD üzrəinə yağan rus bombaları qıssamüddətli gözləntilərdə effektli ola bilər. Lakin vaxt keçdikdən sonra bu addımın fəsadları özünü biruzə verəcək.
Obama Administrasiyası İraqı İŞİD-dən azad etməyin planını qurmuşdu, lakin çox ehtiyatlı davranırdı. İraqdakı maraqlarını qorumaq və bu ölkənin Rusiya ilə sıx əməkdaşlığına mane olmaq üçün ABŞ İŞİD-lə mübarizəsini daha da intensivləşdirməlidir. ABŞ-ın İraqda İŞİD-ə qarşı mübarizəsinin əsas şərti yerli əhalinin iştirakına hesablanıb. Əsas məqsəd sünnilərdən ibarət əhalini "Əl Qaidə" təşkilatına qarşı mübarizədə olduğu kimi yenidən işə qoşmaq və onların ABŞ-la birləşməsinə nail olmaqdır. Bu məqsədlə Obama administrasiyası iyun ayında 450-yə yaxın hərbi ekspertini İraqa yollayıb. Amerika hərbiçiləri İraqada tayfa liderlərinin görüşü zamanı yerli təhlükəsizlik xidmətləri ilə birgə təhlüksəziliyi təmin etmək üçün öz bazalarından kənara çıxırlar. ABŞ tərəfi artıq dərk edib ki, ərazidə müəyyən fəaliyyət göstərmək üçün tayfa liderləri ilə görüşlər keçirmək və fikir mübadiləsi aparmaq qaçılmazdır. ABŞ bir-birləri ilə elə də yaxşı münasibətdə olmayan sünni və şiə tərəfdarları arasında əlaqələndirici bir rol oynayır və bu rolun öhtəsindən məharətlə gəlməyi planlaşdırır. Rusiya İraqda bu rolu heç vaxt ifa edə bilməz. Rusiyanın dəstəklədiyi Bəşər Əsəd rejiminin Suriyada sünniləri kütləvi qətlə yetirməsi, bu təriqət tərəfdarlarının Rusiyaya inamını köklü şəkildə məhv edib. ABŞ-ın dəstəyi ilə sünnilərin İŞİD-ə müqavimətinin uğurlu olması isə ABŞ-ın bu mövzuda nüfuzunu bir qədər artırıb, nəticədə rəsmi Bağdadla danışıqlar bir qədər sadələşib. Hazırda İraqda ABŞ silahlı qüvvələri çox azdır. Bu səbədən də sünni əhali bir qədər təşviş içindədir. Lakin ABŞ bu istiqamətdə ordusunu gücləndirsə o zaman yerli tərəftaş baxımından problemi olmayacaq. ABŞ yaxşı dərk edir ki, İŞİD-ə qarşı Sünnilərdən istifadə etmək üçün Şiələri bir qədər uzaqda tutmaq lazımdır. Tikrita vilayətindəki qarşıdurmadan sonar ABŞ tərəfi şiələr tərəfindən gələn təhlükənin qarşısını almaq üçün Anbar vilayətindəki hadisələr zamanı onların fəaliyyətini məhdudlaşdırmağa çalışırdı. Bu da öz növbəsində düzgün addım idi. Belə ki, İŞİD-lə mübarizə məqsədi ilə ABŞ Sünnilərlə əməkdaşlığı gücləndirməsə bu istiqamətdə heç bir ciddi addım ata bilməyəcək. ABŞ eyni zamanda ehtiyatlı hava zərbələri və lazımı hərbi avadanlığın İraqa çatdırılmaması səbəbindən də tez- tez bu ərazidə mühakimə olunur.
Lakin hava zərbələri zamanı yerli dinc əhalinin ziyan çəkməsi ilə bağlı yaranan mənfi nüans müəyyən problemlərlə müşahidə olunur. Bunun üçün xüsusi hazırlanmış insanlardan məlumatlar toplanılmalı və onların məruzələrinə əsasən zərbələr endirilməlidir. Bu zaman yerli əhalinin ziyan çəkməsi bir qədər səngiyəcək. Obama administrasiyası iraqlılardan ibarət "məlumatverici dəstə"nin hazırlanması üçün bir neçə ay bundan qabaq göstəriş vermişdi. Lakin bunun da effektli olmayacağı ilə bağlı müəyyən mülahizələr irəli sürüldü. Məhz bunun nəticəsidir ki, oktyabrın 3-ü daha çox həkimlərin cəmləşdiyi tibb mərkəzi bombalanmaya məruz qaldı. Lakin nə qədər riskli görünsə də, ABŞ əraziyə öz adamlarını göndərməli və onlar gələcəkdə yerli əhaliyə dağıdılası yerlərin müəyyən olunması ilə bağlı təlim keçməlidirlər. Dəqiq zərbələr endirməklə bağlı müamma davam etdikcə ABŞ-ın İŞİD-lə mübarizəsi nəticəsiz qalacaq.
Silah çatdırılması ilə bağlı da müəyyən çatışmazlıqlar var. ABŞ silahlarından indiki istfadə onların yenidən çatdırılması qədər vacibdir. Ramadi vilayətinin İŞİD tərəfindən işğal olunmasından sonra Obama ərazidə müqavimət göstərən qüvvələrin silahlandırılması üçün əlavə göstəriş verdi. Göndərilən texnika müqavimət göstərmək və əldə düzəldilmiş partlayıcı vasitələri aşkara çıxarmaq baxımından çox faydalı oldu. İraq hərbiçiləri Binokl və GPS vasitəsi ilə əldə düzəlmiş partlayıcı vasitələrin axtarılmasını hələ də davam etdirirlər. Bundan başqa İraq tərəfi pulsuz şəkildə tank, vertolyot, şəxsi silah və gülləkeçirməz vasitələr əldə edirlər.
Lakin aşırı yüklənmə nəticəsində İraq ordusu göndərilən texnikadan istifadə qaydalarını yaxşı mənimsəyə bilmir. Misal üçün ABŞ, İraqa əldədüzəlmə bomba və gözlənilməz hücum əlyehinə avtomobillər təklif edir və göndərir. Praktika isə göstərir ki, 3 min aftomobildən iraqlılar yalnız 300-nü istifadə edə bilib. İraq ordusu belə texnikadan istifadə etmək səviyyəsində deyl. Bu səbədən də ABŞ yerli hərbiçilərin hazırlanmasında daha intensiv çıxış etməlidir. Hazırda İraqda fəaliyyət göstərən 3360 ABŞ hərbiçisinin əsas məqsədi İraq ordusuna təlim keçməkdir, lakin bunun üçün onlarda lazımı ləvazimatlar yoxdu. Bu yaxınlara qədər İraq ordusunda 250 min iştirakçıdan yalnız 11 mini tam hərbi təlimi keçə bilib. Təbii ki, İŞİD-in məhv edilməsi üçün ABŞ tərəfi yerli hərbiçilərin təlimində intensiv addımlar atmalıdır və yerlərdə ordusunu gücləndirməlidir. ABŞ təlim keçirməklə yanaşı özünə qarşı baş verə biləcək hər hansı bir təxribata da hazır olmalıdır. ABŞ hərbiçiləri İraqda məskunlaşmaq hədəfinin öhtəsindən artıq gəlib, indi münasibətləri genişləndirmək və istənilən hərbi rəhbər ilə sıx münasibətləri inkişaf etdirmək lazımdır. Belə hal ABŞ tərəfinə ümumi görüntünü təssəvür etməyə imkan yaradır, rəqibin, eləcə də İraq ordusunun güclü və zəif tərəflərini aşkara çıxarır. Təlimlər əsasən komunikasiya, tibbi evakuasiya və mövqelərin möhkəmləndirilməsi baxımından aparılır. Əgər ABŞ İraqdakı fəaliyyətini genişləndirməsə o zaman öz yerini digər böyük qüvvəyə - Rusiyaya vermək məcburiyyətində qalacaq. Bu münaqişənin genişlənməsi ilə nəticələnəcək. ABŞ-ın İraqda məlum strategiyası var. Bu strategiya sünnilərlə münasibətləri qurmaq, şiələri münaqişə yerinən uzaqda tutaraq onlardan 2-ci plan kimi istifadə etmək, dinc əhalinin zərbə görməməsinə çalışmaq, eləcə də yerli əhalini və hərbiçiləri mümkün təhlükələrə qarşı hazırlamaq, hərbi texnika ilə təmin etmək və təlim keçməkdən ibarətdir. ABŞ bu istiqamətdə dayaqlarını gücləndirmək üçün sünnilər və şiələr arasındakı münasibətləri həllə doğru aparmaq üçün vasitəçi olmalı, eləcə də hərbi əməliyyatlar zamanı yerli idarəedicilərin maraqlarına uyğun davranmalıdırlar. Eyni zamanda ABŞ bu ərazilərdə hərbiçi və texnika sayını da artırmalıdır. Əgər ABŞ qeyd edilənləri həyata keçirməsə, İraqın rəsmi Vaşinqtona və onun strategiyasına inamı öləcək. Bu isə böyük təhlükələr yarada bilər.