Balkanlar müharibə ərəfəsində Dünya

Balkanlar müharibə ərəfəsində

Bosniyanın ərazi bütövlüyünü pozmaq planı

Cavid

20 il davam edən əmin-amanlıqdan sonra müstəqil olmayan Respublika Serbskaya Krayna anlaşmanı pozaraq Bosniyanın ərazi bütövlüyünü pozmaq qərarına gəlib. Qərbin əsas məqsədi isə buna mane olmaqdır. Rusiya, Suriya və ABŞ arasında gedən proseslərin fonunda Bosniya və Hersoqovinada inkişaf etməkdə olan yeni müharibə risqi diqqətdən kənarda qalıb. Lakin burda da rəsmi Moskvanın müdaxiləsi nəzərə çarpır.
"İnosmi" yazır ki, noyabrın 21-i "Deyton" sülh müqaviləsinin imzalanmasının 20 illiyi qeyd olunacaq. Bu anlaşma Serbiya, Xorvatiya və Bosniya arasında davam edən 3.5 illik müharibəyə son qoyub. Bu uğuru ABŞ-ın Deyton şəhərində Administrasiya nümayəndəsi Riçard Xolburq reallığa cevirməyi bacarmışdı. Bütün bu hadisələr ABŞ-ın nəzrəti altında qalmağa davam edirdi. Bu 20 il ərzində isə Bosniya nümunəvi idarəetmə ilə böyük uğurlara nail ola bilmişdi. Bu hadisənin ildönümünü qeyd etmək lazımdır. Lakin bu baş verməyə bilər. Deyton anlaşmasına əsasən Bosniya ərazisində iki geniş aftonomiya yaradıldı. Bunlardan biri Bosniya Federasiyası idi. Digəri isə genişmillətli Hersoqovina. Belə ki, onun tərkibini əsasən bosniyalılar və xorvatiyalılar təşkil edir. Əsası serblərdən ibarət olan Respublika Serbskaya Krayna da burda yerləşib. Serbskaya Kraynanın prezidneti Milorad Dodik bayram abu havasını pozmaq niyyətindədir. Bu yaxınlarda Respublika Serbskaya Kraynanın idarəetmə strukturunda ictimaiyyət üçün belə bir sual müzakirəyə qoyulacaq: "Qərb tərəfindən səlahətlənərək idaraəetmə oraqnı olan Bosniya hökümətinin qərarlarını, xüsusən də məhkəmə və prokurorluq sistemindəki qərarlarını dəstəkləyirsinizmi?" Provokasiya xarakterli belə bir sualın yalnız bir cavabı var. Belə bir referendumun nəticəsində Respublika Serbskaya Kraynada yerli idarəetmə oraqnları, məhkəmə və prokuratura sitemlərinin fəaliyyətinə əngəl törədiləcək. Bu hal 20 illik əmin amanlığı pozacaq və Bosniya hökümətini çətin bir seçim qarşısında qoyacaq. Referendum məhkəmə sisteminə qarşı yalançı libas geysə də, əslində müstəqillik deklorasiyası ilə eyniləşdirilməlidir. Dodik heç bir şübhə olmasın deyə bildirib ki, 2018-ci ildə Respublika Serbskaya Kraynada müstəqillik əldə etmək üçün referendum keçiriləcək. ABŞ-ın Bosniya ilə bağlı heç bir planının olmaması və Rusiyanın burda da öz maraqlarını güdməsi isə Aİ-dan asılı deyl. 2006-ci ildə rəsmi Vaşinqton Bosniya ilə bağlı üstünlüyü rəsmi Brüsselə təhvil verib. ABŞ siyasətinin əsas məqəsdi bu istiqamətdə Aİ-nın siyasətinə dəstək olmaq idi. Lakin Avropa İttifaqı ABŞ qarşısında üzərinə götürdüyü öhtəliyi sona qədər uğurla davam etdirə bilmədi. Bütün bu porseslər Avropada Demokratik dəyərlərin möhkəmləndiyi bir ərəfədə baş verir. Lakin Bosniyanın Avropa İttifaqının tam hüquqlu üzvünə çevirmək uğrunda atdığı addımllar uğursuz olduqda, ölkədə bununla bağlı müəyyən narazılıqlar baş verdi ki, bunun da nəticəsində Bosniya geri addım atmaq məcburiyyətində qaldı.
Aİ-nın Bosniyaya qarşı münasibətindən faydalanmaq qərarına gələn Respublika Serbskaya Kraynanın prezidenti Dodik, Deytonda formalaşmış hökümətin müvəqqəti olduğunu bildirdi. Son 9 il ərzində Dodik inadla Bosniya hökümətinin Respublika Serbskaya Kraynadakı fəliyyətini məhdudlaşdırmağa çalışırdı. Müəyyən mənada buna nail olmağı da bacarırdı. Onun fəaliyyəti nəticəsində ərazidə formalaşdırlımış əsas dövlət strukturlarının işində geriləmə müşahidə olundu. Dodik bütün imkanlarından faydalanaraq Bosniya hökümətinin ərazidəki nüfuzunu aşağı salmağa çalışırdı. Hələ 2011-ci ildə Dodik məhkəmə sisteminə qarşı olan referendum keçirməyə cəht etmişdi. Lakin o vaxt Aİ bu sahədə müəyyən narazılıqları aradan qaldıran müxtəlif proqramlarla ərazidə sakitliyi bərpa edə bilmişdi. Lakin bu uzun müddətli olmadı. Dodikin məhkəmə sisteminə qarşı olması birmənalı deyl, o gələcəkdə rüşvətxorluqda günahlandırılaraq həbs olunacağından ehtiyatlanır.
Dodikin qarşını ala biləcək yeganə şəxs, Deyton müqaviləsinə əsasən 2009-cu ildə Bosniya və Hersoqovina üzərində yüksək nümayəndəliyin sədri seçilmiş Valentin İnçko ola bilər. Rəsmi Vaşinqton və Brüsselin göstərişi ilə o, hələ ki, gözləmə mövqeyindədir. Aİ hələ də inanır ki, təzyiqlər vasitəsi ilə referendumu əngəlləyə bilər. Mütəxəsislər hesab edir ki, referendum danışıqlar zamanı təzyiqi artırmaq üçün bir vasitədir. Digərləri isə hesab edir ki, hadisələr dərinləşsə Dodik rəsmi Belqrada müraciət edəcək, hansı ki, Respublika Serbskaya Kraynanı xarici diplomatiyasının böyük uğuru hesab edir. Kosovadan imtina təqdirində Serbiyanın yüksək vəzifəli məmurları Respublika Serbskaya Kraynanı özünə birləşdirmək niyyətindədir. Bütün bu provokasiya xarakterli hadisələrdə Respublika Serbskaya Kraynanı rəsmi Moskva da dəstəkləyir. Rusiyanın Bosniyadakı səfiri Petr İvançov bildirib ki, referendum respublikanın daxili işidir və əgər onlar məhkəmə və prokurorluq sistemlərindən narazıdırlarsa buna təəsüflənmək lazımdır. Rusiya Dodikə mane olmağa calışan beynəlxaq ictimaiyyətin bir hissəsi olmaqdan imtina edib. Rusiya tərəfi eyni zamanda əvvələr bunun leyhinə olsalar da, indi Bosniyanın Aİ və NATO-ya daxil olmasına etiraz ediblər. Burda belə bir sual yaranır, Rusiya Bosniyadakı ərazi bütövlüyünü və suverenliyi müdafiə edirmi? Dodikə dəstək olmaqla Putin diplomatik vasitələr və maddiyatdan istifadə etmədən Qərb üçün ciddi problem yarada bilər.
Belə bir fəaliyyət sxemi yeni deyl. Gürcüstanda Abxaziya, Moldovada Dnestr ətrafı bölgələr, Ukraynada Krım və ölkənin qərbi eyni sistemlə müşahidə olunur. Sözü gedən əraziləri özünə tabe etməkdə çətinlik çəkən Rusiya orda vəziyyəti qəlizləşdirərək NATO, Aİ və ABŞ-ın da ərazidə möhkəmlənməsinə mane olmağa çalışır. Eyni addımı Rusiya öz maraqları çərçivəsində olan Balkanda da atır. Hazırda Rusiya, NATO-ya yaxınlaşan Çernoqoriyaya da müəyyən maneələr yaratmağa çalışır.
Qərb və onun tərəfdarları isə Bosniyadakı vəziyyətdən çox narahatdırlar. İnçko BMT-nin növbəti sammitində çıxış edərək bildirib ki, Respublika Serbskaya Kraynanın fəaliyyəti ölkədəki əmin amanlığı pozmağa hesablanıb və get-gedə intensivləşir. Əgər bununla bağlı ciddi tədbirlər görülməsə, o zaman dezinteqrasiya və faciə qaçılmazıdr. Hadisələr dünyada təhlükəsizlik baxımından da böyük disbalansla nəticələnə bilər. Eyni fikri ABŞ-ın Sarayevodakı səfirliyi də səsləndirib. Bosniyada fəaliyyət göstərən 8 səfirlikdən 7-si də eyni fikirə şərik olaraq bildiriblər ki, Respublika Serbskaya Kraynanın məqsədyönlü addımı Deyton razılaşmasının şərtlərini pozur. Yalnız Rusiya bu fikirlə razılaşmayıb. Lakin sadə xəbardarlıq kifayət deyl. Indi Qərb çalışmalıdır ki, Dodikin fəaliyyəti məhdudlaşdırılsın. Burda Rusiyaya da mane olmaq müzakirə mövzusudur. Aİ-nin digər məsələlərə məşğul olması ABŞ-ın hadisələrə müdaxiləsini qaçılmaz edir. Ancaq bu halda Rusiyanın daha bir mərkli planının üstündən xətt çəkmək olar.
2006-ci ilə qədər beynəlxalq cəmiyyətin əsas siyasi aləti Yüksək Nümayəndəlik İnstitutu idi. Qurumun səlahiyyətləri Deyton müqaviləsinə əsasən qüvvəyə minmişdi. Bu nümayəndəlik ərazidə bir sıra vacib işləri görürdü. Deyton müqaviləsinə zidd fikirlər söyləyən məmurların işdən azad olunması da həmin səlahiyyətlər çərçivəsində idi. Qurumun eyni zamanda bir sıra digər vacib səlahiyyətləri də var idi. Lakin 2006-cı ildən sonra Aİ ölkələrinin ərazidə marağının azalması səbəbindən belə üstünlüklər öz qüvvəsini itirdi. Rəsmi Moskva eləcə də Respublika Serbskaya Krayna daima bu səlahiyyətlərin əksinə çıxış etmələri ilə seçiliblər. Deyton müqaviləsinə əsasən əraziyə yerləşdirilmiş sülhməramlıların sayı 60 mindən 600 nəfərə qədər azaldılıb.
Görünür, Qərbin imkanları məhdulaşdırılıb. Qərb Bosniyaya təzyiq göstərmək üçün yeni vasitələr tapmalıdır. Əvvəlcə ABŞ ərazidə öz xüsusi nümayəndəsini yerləşdirməlidir. Hansının ki, məqsədi Aİ ilə sıx əməkdaşlıq çərçivəsində Dodikin planlarını pozmaqdan ibarət olacaq. İkincisi yüksək nümayəndəliyin səlahiyyətlərini artırmaq lazımdır. Üçüncüsü, Qərb Deyton razılaşmasını pozamağa çalışan siyasətçilərə qarşı ciddi sanksiyalar təyin etməlidir. Dördüncüsü isə xüsusi nümayəndəlik, Deyton razılaşmasının şərtlərinə yenidən baxmalıdır. Bir sıra müddəaların köhnəlməsi Dodik kimi siyasətçilərin fəallaşması ilə nəticələnib. Birmənalı şəkildə qeyd etmək lazımdır ki, Bosniyalılar, Serblər və Xorvatiyalılar sözü gedən anlaşmanın şərtlərinə yenidən baxılmanın tərəfdarlarıdır. Yerli siyasətçilərin isə belə bir tələblə çıxış etməyə cürətləri yoxdur.
Qərbin isə daha bir üstünlüyü var. Dodikin referendumu Deyton müqaviləsinin şərtlərini pozmaq deməkdir. Belə olan halda, Qərb sərt mövqedən çıxış edərək Respublika Serbskaya Kraynanın legitimliyinin əlindən alınmasına nail ola bilər. Bu halda Respublika Serbskaya Krayna qanunsuz dövlət elan olunacaq. Bunu reallaşdırmaq üçün Qərb administrativ və maddi imkanlarından istifadə etməlidir. ABŞ-ın, eləcə də digər ölkələrin proseslərə müdaxiləsi asand olmayacaq. Gözləmə siyasəti isə baha başa otura bilər. Bütövlüyü qorumaq üçün Bosniyalılar və Xorvatiyalılar müharibə ediblər və bu gün də Respublika Serbskaya Kraynanı müharibəsiz təslim etməyəcəklər. Müharibənin fəasdlarını isə bütün Balkan yarmadası hiss edəcək. Münaqişə rəsmi Belqrad və Priştina arasında gedən danışıqlara da mane olacaq. Bunun nəticəsində etnik qarşıduramalar çoxalacaq və qaçqınların axını davam edəcək. Qarşıdurma ərazidəki müsəlman icmalarını da fəallaşdıracaq ki, bu da daha ciddi bir problemin yaranması ilə nəticələnə bilər. Rəsmi Vaşinqton dərhal hadisələrə müdaxilə etməli və həll yolunu tapmalıdır. Əks təqdirdə bu ərazinin də taleyi Rusiyadan asılı olacaq. Ləng davranış münaqişəni qaçılmaz edə bilər...