Almaniya hökuməti əhalini su və ərzaq ehtiyatı toplamağa səsləyir Dünya

Almaniya hökuməti əhalini su və ərzaq ehtiyatı toplamağa səsləyir

Almaniyada Soyuq Müharibə illərindən bəri ilk dəfə olaraq fövqəladə vəziyyət üçün əhaliyə 10 günlük su və ərzaq ehtiyatı toplamaq tövsiyə edilir. Belə bir addımı yeni mülki müdafiə konsepsiyasının layihəsi nəzərdə tutur. Sənəd çərşənbə günü nazirlər kabinetinin iclasında müzakirə olunmalıdır. Hökumət hesab edir ki, fövqəladə vəziyyət baş verərsə bəzi yerlərə yardımı 10 gündən tez çatdırmaq mümkün olmayacaq. Konsepsiyada adam başına 2 litr hesabı ilə ən azı 5 günlük su ehtiyatının tədarükü tövsiyə olunur.
Frankfurter Allgemeine (FAZ) portalına əsasən 69 səhifəlik mülki müdafiə konsepsiyası müdafiə nazirliyi tərəfindən hazırlanıb. Sənədə əsasən əhalinin müdafiəsini tələb edən "Almaniya ərazisinə hücum ehtimalı aşağıdır". Lakin konsepsiya müəllifləri gələcəkdə milli təhlükəsizliyə hədələri istisna etmirlər. Sosial şəbəkələrdə Hamsterkaeufe kimi yazılan yeni təşəbbüs istehza ilə qarşılanıb.
Almaniyanın daxili işlər naziri Thomas de Maiziere məktəblilərlə görüşərkən deyib ki, ölkə su və ərzağın zəhərlənməsi və hətta neft və qaz təchizatının kəsilməsinə hazır olmalıdır. Bəzi millət vəkilləri hesab edirlər ki, konsepsiya təklifləri əhali arasında təşvişin yaranmasına xidmət edir. Bu barədə parlamentdə təmsil olunan sol təmayüllü Die Linke partiyasının sədri Dietmar Bartsch bəyanat verib. Yaşıllar partiyasının sədr müavini Konstantin von Notz isə 1995-ci ildən bəri dəyişməz qalan mülki müdafiə konsepsiyasının yenilənməsinin təbii addım olduğunu deyir.
Hərçənd ki, o terrorçuluq hücumu ilə hərbi müdaxilə ssenarilərinin qarışdırılmamasına çağırıb."Hazırda mən ilk tələbat ehtiyatlarının tədarükünü nəzərdə tutan heç bir hücüm ssenarisini görümürəm", - Konstantin von Notz deyib.
Qərbi Almaniyada federal büdcə hesabına 2000 bunker və sığınacaq tikilib. (Keçmiş Şərqi Almaniya öz bunker və sığınacaq şəbəkələrinə malik olub. Müxtəlif tipli sığınacaqlar qaraj, məktəb və fərdi evlərin zirzəmisi kimi yerlədə olub. Hökumətin nüvə hücumuna qarşı xüsusi binkeri Bonn-dan 30 kilometr aralıqda yerləşən Neuenahr-Ahrweiler şəhərində yerləşirdi. Qanun Soyuq Müharibə illərində tikilən sığınacaqların yeni binalara çevrilməsini qadağan edir. Almaniya vöfqəladə vəziyyətlər üçün gizli yerlərdə saxlanılan ərzaq ehtiyatlarına malikdir. Ehtiyatlar daima yoxlanılıb yenilənir. Hökumət fövqəladə vəziyyətlərdə talon sistemini tətbiq etməlidir.