Filippo Fransanın aqrar bazarları itirməsində Aİ sanksiyalarını günahlandırıb
SEPAH xəbərdarlıq atəşindən sonra ABŞ-nin F-16 qırıcısının geri çəkildiyini açıqlayıb
ABŞ İranın kimyəvi silah hazırlaması iddialarına şübhə ilə yanaşır
Zelenski "Starshield"dəki nasazlıqların PUA-ların vurulmasını çətinləşdirdiyini bildirib
Aydın Hüseynov: “Vətəndaşa yeni mülkiyyət verilmir, mövcud hüququ rəsmiləşdirilir”
12:58
210.jpg)
Birləşmiş Ştatlar İsrailin İranın kimyəvi silah yaradılması üzərində işləməsi barədə bəyanatlarına şübhə ilə yanaşır.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Amerikanın "Al-Monitor" portalı mənbələrə istinadən məlumat yayıb.
Portalın məlumatına görə, İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampın administrasiyası ilə dialoqda kimyəvi silahla bağlı məlumatlar fonunda Vaşinqtonun İrana qarşı tədbirlər görməsində israr edir. Buna baxmayaraq, Birləşmiş Ştatlar bu məlumatları əhəmiyyətli hesab etmir və əsas diqqəti Tehranın nüvə proqramı məsələsinə yönəldir. Portal qeyd edir ki, son iki həftə ərzində ABŞ və İsrail arasında İran istiqamətində atılacaq növbəti addımlarla bağlı yeni fikir ayrılıqları yaranıb.
Noyabrın 24-də İsrailin müdafiə naziri İsrael Katz İranı kimyəvi silah yaradılması üzərində işləməkdə ittiham edib. Onun fikrincə, Tehran bundan yəhudi dövlətinə və regionun digər ölkələrinə hücum etmək üçün istifadə edə bilər. İranın xarici işlər naziri Abbas Əraqçi isə İsrail tərəfinin ittihamlarını rədd edərək bildirib ki, İsrail öz addımları ilə ABŞ-ni İslam Respublikasına qarşı yeni müharibəyə cəlb etməyə çalışır.
Məryəm Quliyeva