
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp İsraili müdafiə edəcək. Bunu jurnalistlərə açıqlamasında İsrailin baş naziri Benyamin Netanyahu söyləyib. Obama dövrünün İsrail üçün sərfəli olmadığını söyləyən Netanyahu Vaşinqtondan İran məsələsinə çarə istədiyini bildirib: "Mən Trampı tanıyıram. Mən onu çox yaxşı tanıyıram. O, yəhudi dövləti və xalqına çox xoş münasibət bəsləyir. Bizim Obama dövründə ABŞ-la bir çox fikir ayrılığımız olub. Mən əvvəlki kimi İranla imzalanan nüvə razılaşmasına qarşıyam. Düşünürəm ki, bu razılaşma İranın nüvə silahına doğru yolunu daha da açır".