Respublikaçılar keçmiş müşavirin Rusiya ilə əlqələrinin araşdırılmasına çağırır Dünya

Respublikaçılar keçmiş müşavirin Rusiya ilə əlqələrinin araşdırılmasına çağırır

ABŞ-ın Respublikaçılar Partiyasının aparıcı üzvləri keçmiş milli təhlükəsizlik müşavirinin Rusiya ilə əlaqələrilə bağlı geniş araşdırma edilməsi üçün çağırışlara qoşulub.
Michael Flynn Donald Trampın hakimiyyətə gəlməsindən əvvəl Rusiya səfiri ilə ABŞ sanksiyalarını müzakirə etməsi iddialarına görə bazar ertəsi istefa verib.
Çərşənbə asxşamı Ağ Ev nümayəndəsi bildirib ki, Tramp bir neçə həftə əvvəl Rusiya ilə telefon zənglərində problemlər olduğunu bilib.
Ancaq müstəqil araşdırma üçün çağırışlar bəzi yüksək vəzifəli Respublikaçılar tərəfindən soyuq reaksiya ilə üzləşib.
New York Times-ın yazdığına görə, telefon zənglərinin yazıları göstərir ki, Trampın seçki kampaniyasının üzvləri, həmçinin digər Tramp tərəfdarları "seçkilərdən bir il əvvəl Rusiyanın yüksək vəzifəli kəşfiyyat rəsmilərilə təmasları təkrarlayıb".
O, Trampın vəzifəyə gəlməsindən əvvəl Rusiya səfiri ilə ABŞ sanksiyalarını müzakirə etməsi ittihamlarına görə istefa verib.
Onun administrasiyaya təyin edilməmişdən əvvəl adi vətəndaş olaraq ABŞ diplomatiyasını aparması qanunsuzdur.
İstefada olan ordu general-leytenantı cənab Flynn Rusiya səfiri Sergey Kislyak ilə sanksiyaları müzakirə etdiyini təkzib etmişdi və vitse-prezident Mike Pence də açıq şəkildə onun adından ittihamları təkzib edib.
Baş Prokuror vəzifəsini icra edən Sally Yates yanvarın 26-da Ağ Evə bu əlaqələr barədə xəbərdarlıq edib və bildirib ki, cənab Flynn Rusiya şantajı üçün uyğun ola bilər, Ağ Evin mətbuat katibi Sean Spicer deyib.
O əlavə edib ki, Tramp əvvəlcə cənab Flynnin hərəkətlərilə heç bir qanunu pozmadığı qənaətinə gəlib.
Ağ Evin müşaviri daha sonra geniş baxış keçirib, cənab Flynn bir neçə dəfə dindirilib və məsələ ilə bağlı Trampla eyni qənaətə gəlinib, cənab Spicer qeyd edib.
"Bu vəziyyəti qeyri-sabit edən vitse-prezidentdə yanlış təsəvvür yaradılması olub," Ağ Ev müşaviri Kellyanne Konvay çərşənbə axşamı bildirib.
ABŞ kütləvi informasiya vasitələrinin verdiyi məlumata görə, cənab Flynnin milli təhlükəsizlik üzrə müşavir kimi ilk günlərində FTB agentləri tərəfindən dindirildiyi deyilir.
Senatın kəşfiyyat komitəsinin Respublikaçı üzvü senator Roy Blunt Tramp ilə Rusiya rəsmiləri arasında hər hansı ehtimal olunan əlaqələrin araşdırılmasına çağırıb.
Respublikaçı Texas senatoru Con Kornyn istintaq üçün çağırışları təkrar edib.
Bu arada, Respublikaçı olan ABŞ konqresinin nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinin sədri Devin Nunes çərşənbə axşamı jurnalistlərə bildirib ki, o, Flynnin istefası ilə nəticələnən sızıntıları araşdırmaq istəyir.
O, həmçinin, qeyd edib ki, FTB niyə cənab Flynnin danışığının qeydə alındığını izah etməlidir.
Respublikaçı Mitç Konnell yeni istintaq qrupuna ehtiyac olmadığına işarə edərək deyib ki, kəşfiyyat komitəsi artıq seçkilərə Rusiyanın təsirini öyrənir.
Kremlin mətbuat katibi Dmitri Peskov Rusiyanın istefa barədə şərh verməyəcəyini deyib.
"Bu, amerikalıların daxili işidir, Tramp administrasiyasının daxili işidir," deyə o əlavə edib.
Yüksək vəzifəli Demokrat Adam Schiff bildirib ki, Flynnin getməsi Tramp kampaniyası və Rusiya arasındakı əlaqələr barədə sualları bitirməyəcək.
Demokratlar Con Konyers və Elijah Cummings Ədliyyə Departamenti və FTB tərəfindən Flynn barəsində Konqresə məxfi brifinq edilməsini tələb edib.
Bir neçə Demokrat Nəzarət Komitəsinin sədri Jason Chaffetz cənab Flynnin Rusiya ilə əlaqələrinin araşdırılmasına çağırıb.