Putinin müharibə planı açıqlandı Dünya

Putinin müharibə planı açıqlandı

Rusiya 2015-ci ildən qərb sərhədində üç yeni diviziyanın yaradılmasına başlayıb. Rəsmi məlumatlara görə, hər diviziyada 10 min əsgər olacaq. Ukraynanın Liga.net saytı NATO-nun birləşmiş silahlı qüvvələrinin keçmiş baş komandanı, general Filip Bridlava istinadən real rəqəmin daha yüksək olduğunu yazıb.
Filipp Bridlav hesab edir ki, Rusiya yalan danışır. Onun sözlərinə görə, hərbi manevrlərdə təxminən 100 min əsgər iştirak edəcək. Saytın həmsöhbətlərinin məlumatına görə, qərb sərhədində yaradılan Rusiya qoşunlarının qruplaşması 2020-ci ilə qədər qonşu ölkələrə müdaxilə etməyə hazırdır. Qoşun birləşmələrinin tərkibi və yaradılan infrastruktura əsasən, müdaxilənin dərinliyi 500 kilometrə qədər çata bilər.
Bildirilir ki, Baltikyanı ölkələrən başqa, Ukraynaya zərbənin bir neçə istiqaməti ola bilər: Çerniqov, Xarkov-Sumsk və Donetsk. Həmçinin Krımdan zərbə ehtimal edilr. Hərbi hücumun hədəfi işğal deyil, Ukrayna ordusunun əsas güclərinin dağıtmaq və ölkəni kapitulyasiyaya məcbur etməkdir. Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksandr Turçinovun sözlərinə görə, Rusiya keçmiş Sovet İttifaqı çərçivəsində öz sərhədlərini bərpa etməyə çalışır və bunun üçün sərt texnologiyaları tətbiq edir.
Buraya seçkilərə müdaxilə, kadr təyinatları, maliyyə və ya energetika (qaz, neft) dopinqi, hərbi bazaların yerləşdirilməsi, kvazi hərbi ittifaqların yaradılması (Söhbət Rusiya, Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan və Tacikistanın daxil olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından gedir - red.) kimi texnologiyalar daxildir", - Turçinov bildirib. Turçinov daha əvvəl xəbərdarlıq edib ki, Rusiya "Qərb-2017" genişmiqyaslı təlimlər zamanı Avropa istiqamətində, xüsusilə Polşa və Litvaya qarşı hücum əməliyyatlarını yerinə yetirməyə hazırlaşır.