Ukraynada Semyonovkanı ruslardan azad edib Dünya

Ukraynada Semyonovkanı ruslardan azad edib

Ukraynada güc strukturları Donetsk vilayətinin Semyonovka yaşayış məntəqəsini separatçılardan azad ediblər.
APA-nın UNN agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna Hərbi-Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri, "İnformasiya Müqaviməti" qrupunun nümayəndəsi Dmitri Tımçuk özünün "Facebook" səhifəsində yazıb.
"Semyonovka tam nəzarət altındadır. Antiterror əməliyyatı qüvvələri yaşayış məntəqəsində müvafiq tədbirlər görməkdədir" - D.Tımçuk bildirib.