Vəliəhd şahzadəni hədəfə alan qətnamə Dünya

Vəliəhd şahzadəni hədəfə alan qətnamə

Konqresdə demokratların təklif etdiyi sənəd səsverməyə çıxarılacaq

Yəməndə Səudiyyə liderliyində olan koalisiyaya ABŞ dəstəyinin dayandırılması üçün indiyədək görünməmiş səsvermə ərəfəsində Senatın respublikaçı rəhbərləri, şahzadə Məhəmməd bin Salmanı jurnalist Camal Qaşıqçını qətlə yetirməkdə rəsmi şəkildə qətiyyətlə ittiham edən qətnaməyə ikipartiyalı dəstəyi təmin etməyə çalışır.
İcbari qüvvəsi olmasa da, qətnamə Səudiyyə Ərəbistanına qarşı daha konkret siyasi tədbirləri razılaşmağa çalışan demokratlar və respublikaçıların vəliəhd şahzadəyə qarşı güclü, ikitərəfli cəzalandırması olacaq.
"Strateq" "Əl-Monitor"a istinadən yazır ki, respublikaçı əksəriyyətin lideri Mitç MakKonnell və Xarici Əlaqələr Komitəsinin sədri Bob Korker qanun layihəsini Senatdakı təqdim etməyi düşünürlər. "Bu, baş verənlərin qınandığına dair güclü bəyanatdır, – Korker "əl-Monitor"a bildirib: "Siyasətə təsir etmirsə belə, bu vacibdir". Senator bildiriblər ki, qətnamədə Riyadın qonşu Qətərə qarşı 18 aylıq blokadası və keçən il Livanı baş naziri Səəd Həririnin tacdar şahzadə tərəfindən oğurlanmasına da toxunulacaq.
Qətnamə, bir neçə kiçik dəyişiklik istisna olmaqla, ötən həftə senator Lindsi Qrahamın təqdim etdiyi digər ikipartiyalı qərarla yaxından uzlaşır. Həmin qətnamədə deyilir ki, Konqres "Məhəmməd bin Salmanın Camal Xaşuqcinin qətlində ittiham olunmasına dair yüksək dərəcəli ehtimal var". Sənəd Donald Tramp administrasiyasını şahzadəni qətlə görə məsuliyyətə cəlb etməyə çağırır.
Qətnamə Konqresin hər iki palatasından keçərsə, Tramp respublikaçı rəhbərliyin sənədini veto qoymaqla ləğv etmək qərarına gəlib-gəlməmək barədə düşünməli olacaq. Prezident bu günə qədər CIA-nın sui-qəsdlə bağlı hesabatına baxmayaraq, tacdar şahzadəni məsuliyyətə cəlb etməyə müqavimət göstərib.
Korker, Xarici Əlaqələr Komitəsində Demokrat Partiyasının lideri senator Bob Menendez, Beynəlxalq Əlaqələr Komitəsindəki təmsilçisi Çak Şumer ilə qətnamə mövzusunda danışıqlar aparıb. Lakin demokratlar bu həftəki digər səs verməyə diqqət çəkərək, Tramp administrasiyasını Yəmənin husi üsyançılarına qarşı Səudiyyə liderliyi ilə kampaniyaya ABŞ-ın dəstəyini dayandırmağa çalışırlar. Berni Sanders, Kris Mörfi, Mayk Li tərəfindən hazırlanmış həminş bu qətnamə üzrə səsvermə Çərşənbə günü, dekabrın 12-də olacaq. Tramp administrasiyasının tələblərinə baxmayaraq, demokratların uğur qazanması gözlənilir.
"Yəmən qətnaməsi"nin qəbul edilməsi halında, yuxarı palata da ona səs verəcək. Tramp administrasiyasının artıq indidən İsveçdəki BMT-nin dəstəkli sülh danışıqlarını daha ciddi qəbul etməsi iddia olunur. Məlum qətnamə Səudiyyə Ərəbistanına hücum silahı satışını qadağan, Qaşıqçı cinayətində rol oynayan və Yəmənə humanitar yardım göndərilməsinə maneə törətməkdə şübhəli bilinən kral ailəsinin üzvlərinə sanksiya tətbiq edəcək. Tramp administrasiyası keçən ay Səudiyyə Ərəbistanı koalisiyasına ABŞ təyyarələrinin yanacaq tədarükünü yasaqlayıb.