“Paşinyan orbitdən çıxmağa can atır” Dünya

“Paşinyan orbitdən çıxmağa can atır”

Rusiya prezidenti Vladimir Putin mətbuat konfransında Ermənistanı strateji müttəfiq adlandırması və iki ölkə arasında heç bir problemin olmadığını qeyd etməsi əsasən, Nikol Paşinyana mesajıdır. Çünki, Nikol Paşinyan əsas siyasi planı ölkəsini Rusiyanın forpostundan çıxarmaq və qərbə interqasiya siyasətini başlatmaqdır.
Bunu qəzetimizə açıqlamasında politloq Məhəmməd Əsədullazadə bildirib.
Onun fikrincə, Putin bununla demək istəyir ki, Ermənistan siyasətindən geri çəkilməyəcək və istənilən variantla Yerevanı öz orbitində saxlamağa çalışacaq. Rusiya Ermənistan arasında Putinin dediklərinin əksinə olaraq gərgin proseslər inkişaf edir. Rusiya rəsmlərinin Paşinyana qarşı sərt ritokiraları məhz buna buna əsaslanır: "Qeyd edim ki, Ermənistanın hazırkı rəhbərliyi Kremlin təzyiqlərinə rəğmən Rusiya yönümlü siyasət aparmayacaq. Bu da kifayət qədər Rusiyanın bu ölkəyə qarşı təzyiqlərinin artmasına gətirəcək. Artıq, yeni ildən başlayaraq "Qazpromun" Ermənistana sərhəddən satdığı qazın qiyməti 150 dollardan 250 dollara qədər satılcağı mesajı verilir. Bu, Paşinyan iqtidarına qarşı Rusiyanın təzyiqlərinin başlanması deməkdir. Rusiya Ermənistana ona görə daxili bazar qiymətinə qaz satırdı ki, bu ölkə Rusiyanın forpostu olaraq Kremlin siyasi orbitində idi. İndi isə, Paşinyan bu orbitdən çıxmağa can atır".
Politoloq qüyd edib ki, əgər, Paşinyan anti-Rusiya siyasəti aparacaqsa, təbii ki, Rusiya Ermənistana əvvəlki qiymətinə qaz satmayacaq: "Qeyd edim ki, Rusiya daima enrejidən siyasi təzyiq məqsədlər üçün istifadə edib. Bu,Rusiyanı dövlət siyasətidir. Rusiyanın qazın qiymətini qaldırması, Ermənistanda Paşinyan əleyhinə daxili etirazlara gətirib çıxaracaq. Çünki, qazın qiymətnin qalxması yerli istehlakçıların daha da çox vəsait ödəməsini şərtləndirəcək. Yoxsul erməni əhalisinin bu qiymətlərlə mavi yanacağa ödəniş etməsi mümükün görünmür. Bu da Paşinyanın sosial siyasətinin fiaskosu kimi qiymətləndiriləcək. Rusiyanın Paşinyana ən güclü təzyiqi göründüyü kimi, ölkədə kütləvi narazılıqlara səbəbə ola biləcək qaz şantajıdır. Paşinyan dekabrın 27-də Rusiyaya səfərində əsasən Putinlə qazıın qiymətini ən başlıca müzkirə edəcə və 150 dollardan da aşağı salınmasını xahiş edəcək. Putin o şərtlə razı olacaq ki, bir neçə ay müddətində Paşinyana vaxt verəcək. Əgər, fərqli siyasətini görərərsə, qazın qiymətinin qalxması labüd olacaq. Paşinyanın Rusiya səfərində əsasən təhülkəsizlik və iqtisadi zəmanətlər almaq, Putinin də əsas məqsədi siyasi zəmanət almaqdır. Paşinyan Putinə yalnız sözdə vədlər verəcək. Putin Paşinyanı ölkəsinin forpostunun valisi kimi qəbul edəcək. Məhz onu təbrik etməməklə bunu ona sübut etdi.
Onu da qeyd edək ki, Ermənistanda inqilabi eyforiya əhəmiyyətli dərəcədə səngiyib. Sanki insanlar meydana yalnız ona görə çıxmışdılar ki, Nikol Paşinyan, nəhayət, hakimiyyətin sükanı arxasına keçsin, bütün qalan inqilabi dəyişikliklər artıq o qədər də əhəmiyyətli deyil. Paşinyanın partiyası həm qanunvericilik, həm də icra hakimiyyəti üzərində tam nəzarət qazandı və inqilabçı insanlara yalnız kardinal və ən əsası, müsbət dəyişiklikləri gözləmək qaldı. Ancaq onlar olacaqmı, bunu heç bir sağlam düşüncəli siyasətçi əvvəlcədən deyə bilməz.
Düzdür, hələ rəsmi baş nazir səlahiyyətlərinin müvəqqəti icraçısı statusunda olan Paşinyan özü sağa və sola vədlər paylayır. "Biz yeni iş yerləri yaradacağıq və mən düşünürəm ki, ölkədə iqtisadi inqilab baslayacaq", - o bildirir. Bundan başqa, yeni dövlət başçısı xatırladır ki, onun başçılıq etdiyi "Mənim addımım" blokunun seçkiqabağı proqramında aydın göstərilmişdi ki, ən yaxın beş il ərzində bütün güc yoxsulluğun aradan qaldırılmasına yönəldiləcək.
"Biz artıq 2019-cu ilin büdcəsində müəyyən addımları nəzərdə tutmuşuq, onun əsasında konkret tədbirlər həyata keçiriləcək… İnvestorlar ölkənin həyatında fəal iştirak etməyə davam edirlər və bu vəziyyət inkişaf edəcək", - o vəd edir.
Başqa sözlə, hakimiyyətdəkilər aydın şəkildə anlayırlar ki, dövlətdə, hansı ki, yumşaq desək, arzuolunmaz iqtisadi vəziyyətdədir, əhalinin sosial durumunda yeni dəyişikliklərə yönəldilmiş konkret və sürətli islahatlara təşəbbüs etmək lazımdır, onlar onu reallaşdırmağa ümid edirlər. Ancaq... Artıq Milli Statistika Komitəsi 2017-ci ilin eyni dövrü ilə müqayisədə bu ilin 10 ayı ərzində makroiqtisadi məlumatları və 3-cü rüb ərzində Ermənistanın ümumi daxili məhsulunun (ÜDM) həcmini elan edib. Və rəqəmlər, demək lazımdır ki, arzuedilən deyil, əksinə, Paşinyanın vədlərinə bəslənən ümidləri tamamilə puça çıxarır. Belə ki, bu ilin 3-cü rübü ərzində Ermənistanın ÜDM-sinin həcmi, hansı ki, tamamilə "paşinyanınkı" hesab etmək olar, 2017-ci ilin həmin dövrü ilə müqayisədə 2,7% artıb, halbuki keçən ilin analoji göstəriciləri ondan əvvəlkindən daha sanballı idi (müvafiq olaraq 9,7% və 7,5%). Yəni öz idarəçilik ayları ərzində Paşinyan kabineti iqtisadiyyatın artım sürətini 4,5%-dən çox azaltmağı bacarıb.