Putin diplomatını Əfqanıstana göndərib Dünya

Putin diplomatını Əfqanıstana göndərib

Rusiya diplomatı Əfqanıstanın qonşuları ilə birbaşa danışıqların müzakirəsi məqsədi ilə Pakistana səfər edib. Rusiya prezidentinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zamir Kabulov İslambada səfəri ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zalmay Xəlilzadın Əfqanıstanda barışıq məqsədi ilə Talibanla Qətər görüşündən sonra təsadüf edir. O pakistanlı həmkarı ilə müzakirələr aparıb.
"Region ölkələri Əfqanıstandakı durumla bağlı narahatlıqlara malikdir. Onlar nəzər nöqtələrini mübadilə etmək istəyir",- deyə Pakistanın yüksək səlahiyyətli rəsmisi "Amerikanın Səsi"nə bildirib. Rusiya Talibanla Əfqansıtan hökumətini müzakirələr masası arxasına gətirməyə çalışır. Belə ki, bu ölkədəki vəziyyətin qonşu ölkələrə təsiri narahatlıqlar doğurur. ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zalmay Xəlilzad Əfqanıstan prezidenti Əşrəf Qani ilə görüşmək üçün dünən Kabilə gedib.
Səfər Xəlilzad və ABŞ dövlət kaitbi Mayk Pompeonun Qətərdə Talibanla keçirilən müzakirələrin uğurlu olduğunu elan etməsindən sonra baş tutub. Əfqanıstanda müharibəyə son qoyulmasına dair danışıqlardan sonra Xəlilzad Əşrəf Qaninin dəstəyini əldə etməyə çalışıb. Nə Xəlilzad, nə də ki, ABŞ-ın kabildəki səfirliyi görüşlə bağlı şərh verib. Qətərdə əldə edilən razılıq ABŞ və qiyamçı nümayəndələr arasında demək olar bir həftə davam edən intensiv və fasiləsiz danışıqların nəticəsi olub.
Danışıqlarda Qətər höküməti və Pakistanın nümayəndələri də iştirak edib. Taliban hərəkatı xüsusi ilə "İslam dövləti" və "Əl Qaidə" qruplarının Əfqanıstan ərazisindən istifadə etmələrinə imkan verməyəcəyini vəd edib. Razılaşmada həmçinin barışıq, Əfqanıstanda müvəqqəti hökumətlə bağlı razılaşma, həmçinin xarici qoşunların 18 ay ərzində Əfqanıstandan çıxarılması nəzərdə tutulur. Moskva formatı adı altında Taliban müzakirəçilərinin qatıldığı ilk konfrans Moskvada noyabr ayında keçirilib. Lakin müzakirəçilər Əfqanstan rəsmiləri ilə birbaşa görüşə razılıq verməyib. Taliban Xəlilzadla görüşləri zamanı da bu kimi danışıqları rədd edib. Pakistan və Rusiya ilə bərabər İran da Talibanla təmasdadır. Tərəflər Əfqanıstanda uzunmüddətli müharibəsinə sülh yolu ilə son qoyulmasına çalışdıqlarını iddia edir.