Putinin dostu Ukraynada terrorçulara qoşulur Dünya

Putinin dostu Ukraynada terrorçulara qoşulur

Rusiya prezidenti Vladimir Putinə yaxınlığı ilə tanınan Moskvadakı "Gecə canavarları" motoklubunun lideri Aleksandr Zaldostanov ("Xirurq" ləqəbli) özünün və klubunun nümayəndələrinin Donbasda Rusiya meylli terrorçuların "Lavyanski polk"una qoşulmaq haqda bəyanat verib.
"Xirurq" bu haqda YouTube-də video müraciət də yayıb: "Gecə canavarları"nın xüsusi batalyonu "Salvyanski polk"a qoşulur. Stalinqrad naminə! Donbas naminə! Bizim vətənimiz naminə!?
"Slavyanski polk"u yaradanlardan biri Vladislav Şurqin isə deyib ki, "Gecə canavarları"nın bir hissəsi artıq Donetsk və Luqansk vilayətlərində döyüşürlər.