Rusiyaya görünməmiş zərbə hazırlanır Dünya

Rusiyaya görünməmiş zərbə hazırlanır

ABŞ-ın öldürücü planının şok detalları
Solsberi hadisəsi ilə əlaqədar Rusiyaya qarşı ABŞ-ın sanksiyalarının ikinci hissəsinin tətbiqi haqqında qərar istənilən vaxt qəbul edilə bilər. Bu haqda "RİA-Novosti" agentliyinə Amerika ekspertləri bildiriblər. "Bu, yeni Konqresin prioritetlərindən, bütövlükdə Rusiya-Amerika münasibətlərindən asılıdır. İki ölkə arasında daha bir neqativ hadisə, ehtimal ki, prosesi sanksiyaların tətbiqinə itələyəcək", - ABŞ-ın Hadson İnstitutunun Hərbi-Siyasi Təhlil Mərkəzinin direktoru, "Valday" diskusiya klubunun eksperti Riçard Uayts deyib.
Vaşinqtondakı Beynəlxalq Böhran Qrupunun Avropa və Mərkəzi Asiya proqramlarının rəhbəri Olqa Olikerin fikrincə, sanksiyalarla bağlı qərarın gecikməsi sadəcə onunla bağlıdır ki, administrasiyada əsasən nə etmək barədə hələ razılaşmayıblar. "Onlar nəsə etməyə məcburdurlar. Və administrasiyada müxtəlif mövqelər, müxtəlif baxışlar var. Onlar hələ razılaşmayıblar"- o deyib.
Bununla belə, agentliyin həmsöhbəti izah edib ki, Rusiyanın "Şimal axın-2" qaz kəməri layihəsi təhdid altındadır: "Layihə çoxdan təhdid altındadır. "Şimal axını-2" daha mürəkkəb məsələdir, məhz ona görə ki, bizim müttəfiqlərimiz bu məsələnin bir hissəsidir. Onların öz nöqteyi-nəzərləri var".
Qeyd edək ki, Böyük Britaniya polisi artıq beş rusiyalını Solsberi şəhərində Rusiya Baş Kəşfiyyat İdarəsinin (QRU) keçmiş zabiti Sergey Skripalın zəhərlənməsində günahkar hesab edir. Noyabrın əvvəlində Dövlət Departamenti ABŞ Konqresinə məlumat verib ki, Rusiya "Kimyəvi və bioloji silahların nəzarəti və aradan qaldırılması qanunu"n tələblərini yerinə yetirməyib. Dövlət Departamentinin iddiasına görə, Rusiya hökuməti beynəlxalq hüququ pozaraq öz vətəndaşlarına qarşı kimyəvi və ya bioloji silah istifadə edib. Bununla əlaqədar ABŞ Rusiyaya qarşı sanksiyaların ikinci paketini tətbiq etmək niyyətindədir. Hazırda Dövlət Administrasiyası onları Konqreslə müzakirə edir. Bu qanun çərçivəsində sanksiyaların birinci paketi 2018-ci il avqustun 27-də qəbul edib.
Sanksiyalar çərçivəsində diplomatik münasibətlərin səviyyəsinin endirilə, Amerika banklarına Rusiyaya kredit verilməsi qadağan oluna, Rusiyaya beynəlxalq borc verilməsinə maneçilik törədilə, bu ölkəyə Amerika şirkətlərinin mallar və texnologiyalar ixracına qadağa tətbiq oluna bilər. Bundan başqa, sanksiyalar ərzaq və kənd təsərrüfatı məhsullarından başqa, Rusiyadan istənilən, həmçinin neftr və neft məhsullarının idxalını bağlayacaq. Sanksiyalar dövlət aviaşirkətlərinə də toxuna bilər.
Rusiya İstehsalçılar və Sahibkarlar İttifaqının başçısı Aleksandr Şoxin ehtimal edilən yeni sanksiyalar "ağır artilleriya" adlandırıb. "Söhbət dövlət banklarının SWIFT sistemindən kənarlaşdırılması və enerji sektoruna texnoloji avadanlığın çatdırılmasına qadağan qoyulmasından gedir. Yeni sanksiyaların təsirini Rusiya dəqiq hiss edəcək. "Bunlar Suriya, Venesuela və Ukraynada onun davranışını dəyişdirmək cəhdidir", - Şoxin vurğulayıb.