Pentaqon-Rotşildlər savaşında “Afrika düyünü” Dünya

Pentaqon-Rotşildlər savaşında “Afrika düyünü”

Türkiyə Sevakin adasında niyə möhkəmlənir?

Qaranlıq otaqlarda, dəhlizlərdə, sarayların görünməyən yerlərində önəmli görüşlər olur, təhdidlər, xəbərdarlıqlar edilir. Kimin gücü kimə yetirsə, onu qorxudur. Mən dünyada gedən böyük mübarizəni anlatmağa çalışıram. Tərəflərin atdığı kəskin addımları paylaşmağa cəhd edirəm. Və diqqəti onların müxtəlif ölkələrdəki adamları vasitəsilə formalaşdırdıqları iqlimə çəkmək istəyirəm.
Bunu Ergün Diler "Takvim"də (Türkiyə) yazıb. Müəllif qeyd edir ki, Pentaqonu, Rotşildləri, Bukinqem sarayını, bu üçbucaqdakı hərəkətliliyi gündəlik məlumatlarla "bəzəyərək" buraya daşıyıram. Baxın, bu hərəkətlilikdə önəmli oyunçular var. Məsələn, Məhəmməd bin Salman (MBS) – Səudiyyə Ərəbistanının vəliəhd-şahzadəsi. Bəlkə də yaxınlarda atasının yerinə keçəcək, kral olacaq. Bu gün ondan başlayaq. Sonra da Türkiyəyə və İtaliyaya geçək.
Səudiyyə Ərəbistanı Xarici işlər naziri Adil əl-Cubeyr Avropa Birliyində (AB) önəmli toplantılar keçirib. Birbaşa vəliəhd-şahzadə Salmandan tapşırıq alan əl-Cubeyr AB-yə tarixi bir təklif verib. O, "Biz başda terrorla mübarizə olmaqla, ikili anlaşmalar seçimində PESCO-ya üstünlük veririk. Avropa Ordusu bizim üçün önəmlidir. Uzun illər davam edəcək anlaşmaya biz hazırıq" deyib.
Bu, normal şərtlər altında söylənəcək bir söz deyil. Birbaşa vəliəhd-şahzadə Salmanın adamı Avropaya gedir və hələ qurulmayan PESCO-nu, yəni Avropa Ordusunu ölkəsində istədiklərini bəyan edir. Əməkdaşlıq tələb edir. "Pul lazımdırsa, pul verək" deyir. Bu, heç normal deyil.
İndi bu təklif nə anlama gəlməkdədir? Öz ordusunun bütün silah və sursatını ABŞ-dan alan, ölkəsində yüzlərlə ABŞ hərbçisi saxlayan bir şahzadə bunu nə üçün edər?
Sanki, Səudiyyə Ərəbistanının ABŞ tərəfindən rəsmən işğal edilməsi üçün bu addım atılıb.
ABŞ Ər-Riyadın bu addımına mütləq bir cavab verəcək. Avropa Ordusu hələ qurulmayıb. Onun qurulması tamamlanana qədər Səudiyyə Ərəbistanının bu addımı ağır bir cəza ilə nəticələnəcək. Hələ qurulmayan bir ordu ilə yaxınlıq istəmək diplomatiyaya sığan bir addım deyil. Aydındır ki, ARAMCO-nun bu qədər gündəlikdə olduğu bir vaxtda edilən bu həmlə Səudiyyə Ərəbistanında işlərin çox qısa zamanda qarışacağının əlamətidir.
Səudiyyə Ərəbistanı, yəni vəliəhd-şahzadə Salman israrla Vaşinqton əleyhinə addımlar atmağa başlayıb. Bu, həqiqətən, gözlənilməz bir durumdur. ABŞ da çaşıb və bu duruma anlam verə bilmir. Əl-Cubeyr Səudiyyə Ərəbistanında vəliəhd-şahzadə Salmandan sonra ikinci ən "dərin şəxs"dir. Haraya kimin səfir təyin olunmasına MBS-dən öncə o qərar verir.
İllərlə "dərin Amerika" ilə yaxın çalışan, hətta ABŞ-da səfir olarkən İngiltərənin də reaksiyasına səbəb olan əl-Cubeyrin bu davranışı dünyadakı balansları da dəyişdirəcək. Əl-Cubeyr 1984-cü ildə Vaşinqtondakı Corctaun Universitetində beynəlxalq münasibətlər sahəsində magistratura təhsili alıb. Bu, MKİ üçün önəmli bir universitetdir. O, ana dili olan ərəbcə ilə bərabər, yüksək səviyyədə ingiliscə və almanca bilir. Bəs bütün bunlar nə anlama gəlir?
Orta Şərq daim qaynayıb, dünya daim Orta Şərqdən şəkillənib. İndi də eynisi olacaq. Ancaq Orta Şərqdə başlayacaq yanğından öncə Afrikanın qarışması lazımdır. Sudanda üsyanlar başladılıb. Sudan Prezidenti Bəşiri küncə sıxışdırmaq istəyən ABŞ ciddi şəkildə təzyiq yaradır. Çünki Sudan öz strateji mövqeyinə görə Orta Şərqdə başlayacaq yanğının daha güclü yanmasını təmin edəcək.
Sudan Qırmızı dənizdə ən uzun sahili olan ölkədir. Afrikanın təhlükəsizliyi, bəlkə də, Sudandan başlayır. Qarışıqlıq və vətəndaş müharibəsi yaşayacaq Sudan bütün Afrikanın güvənsiz region olmasını təmin edəcək. Vaşinqtonun ən öncəlikli planlarından biri də budur. Çünki ABŞ Fransanın Afrika elitaları üzərindəki mövcud gücünü xaosla bitirmək istəyir. Ona görə Sudan qarışıb.
Yaxşı, bəs Sudan haqqında bu planlar hazırlanarkən Ankara nə edib? Xatırlayan varmı? Bəli, getdik Sevakin adasını aldıq. İstifadə edəcəyik. Hərbi baza quracağıq, donanmamızı yerləşdirəcəyik. Hələ Sudan qarışdırılmadan öncə Türkiyə gedib, ortaya böyük bir ağıl qoyaraq önləyici tədbir alıb. Ankara Sevakini özünə bağlayaraq "Afrika yanğını"na nəzarət etmək istəyib. Bundan əlavə, bu yanğının Türkiyəyə keçməsini əngəlləmək üçün addım atıb. Misirdə Sisi ilə iş tutmaq istəyən güclərin oyununu pozmaq üçün orada bayraq göstərmək haqqında qərar alıb.
Elə anlatmaq istədiyimiz də bu idi. İqtisadi hücumlar, qısqaca almalar üzündən bu məsələlərə növbə çatmır. Türkiyə 4 cəbhədə mübarizə aparmalıdı. Digər tərəfdən, öz hüzuru və təhlükəsizliyi üçün, – Çinin Venesuelaya getməsində, ABŞ-ın Əfqanıstana girməsində olduğu kimi, – sərhədlərini Sevakin adasınadək "genişləndirir". Burada məqsəd problemi mənbəyində həll etməkdir. Somalidə atdığımız addım da bu yöndə idi.
Qırmızı dənizdə hər kəsin etimad etdiyi "türk gücü"nü saxlamaq, orada bayraq dalğalandırmaq oyunun içində olduğumuzun elan edilməsi idi. Bəziləri bunu anlamırdı. Ancaq reallıq kimin nə anlaması ilə bağlı deyildi. Türk dövləti qurulacaq yeni masada yer istəyirdi. Bunu da ağlından, gücündən istifadə edərək, Afrikada – yanğının yüksələcəyi qitədə atdığı addımlarla dəqiqləşdirirdi.
Qətər, Suriya və Sevakində biz varıq. Mübarizə aparan güclər bizim etdiklərimizi heyrətlə izləyirlər. Bu üzdən "Bizsiz ola bilməz" deyirəm.
İsrail də öz oyununu qurmaq üçün Akabe körfəzinə açılacaq və Süveyşə alternativ olacaq bir kanal axtarışı və çəkilməsi prosesinə daxil olub. Hər kəs öz gündəliyi ilə, öz gələcəyi üçün irəliləyir. Təl-Əviv Eylat limanından Aşkelon limanına kanal açaraq nefti təminat altına almaq və mərkəz olmaq iddiasındadır. Hətta bu kanalın 14 milyard dollara başa gələcəyi yazılıb. Onu çinlilərin çəkəcəyi də gündəliyə çox gəldi. Lakin bu məsələnin üzərində çox adam durmadı. Süveyş kanalının belə alternativi düşünülərkən, Sevakin və "türk addımı" həddindən çox anlamlı və çox önəmlidir.
Sudan lideri də Sevakin adasını bizə verdiyi üçün ABŞ-ın hədəfi olmuşdu. Buralarda bəziləri də Sudan Prezidenti Bəşirə hücum etməkdən çəkinməmişdi. Türkiyə belə bir ölkədir. Xaricini tanıyarsınız, önləmə tədbiri alarsınız, lakin içəridəki bambaşqadır. Səndən olan kimi görünənə nə edəcəksən. Bəşir, onu devirmək istəyənlərə "2020-ci ildə seçki var. Ona hazırlaşın" çağırışı etdi.
Türkiyə bu qədər problemin olmasına rəğmən, ona dost gözü ilə baxmayanların önündə irəliləyir. Ağılla, tarixin verdiyi güclə və inancla irəliləyir. Çətinliklər olsa da, Qırmızı dənizdə, Afrikanın bağrında oyun qurur. Neft marşurutunda "Mən də varam" deyir. Və ən güclü müsəlman ölkəsi olaraq bunu edir. Yaxında Sevakinin önəmini bilməyənlər onu əməlli-başlı anlar. Türkiyə olmadan, türklər olmadan "oyuncaqlar"la nəticə alına bilməz. Sonda baş rolu əldə edəcək.
Hə, İtaliyanı unutduğumu sanmayın. Yaxında qarışacaq. Özü də pis qarışacaq. Az qaldı…