Ermənistanda “qaynar payız” Dünya

Ermənistanda “qaynar payız”

Yerli politoloqların bəyan etdikləri “qaynar payız” sürət götürür. Hadisələr uşaq kaleydoskopundakı naxışlar kimi bir-birini əvəzləyir. Və yeni hökumətin ictimaiyyətə arabir yaxşı xəbərlər atdığına baxmayaraq, çoxlarında bu duyum keçmir ki, bütün bunlar azdır. Xüsusən də Milli Təhlükəsizlik Xidmətinin başçısı Artur Vanetsyanın və polis rəisi Valeri Osipyanın həftənin başlanğıcında gözlənilməz istefaları fonunda.
Siyasi icmalçı və yazıçı Aşot Qazazyanın “Nezavisimaya gazeta” üçün yazdığı məqalədə belə deyilir.
Erməni siyasi icmalçı yazır:
“Ermənistanda islahatlaırn tempindən narazılıq artır – elan edilmiş iqtisadi inqilab yerində sayır. Ölkə iqtisadiyyata önəmli yatırımı, iş yerlərinin kəskin artacağını və adamların yaşayışının keyfiyyətcə yaxşılaşacağını belə də səbirsizliklə gözləyir.
Hökumət öz növbəsində bildirir ki, yatırımlar artıq var və artıq yaxın gələcəkdə bunu görməmək olmaz. Hər necə olur-olsun, iqtisadiyyatda önəmli uğurlar əvvəlkitək müşahidə olunmur, amma görməmək olmaz ki, köhnə müəssisələr bərpa olunur (məsələn, Maralik pambıqəyirmə fabriki), yeniləri açılır – günəş batareyaları, trikotaj, qab-qacaq istehsalı üzrə. Hətta çağdaş motosikl və televizor yığmaq üzrə sexlər meydana çıxıb.
Lakin hakimiyyətin bal çəlləyindəki zəhər payı ciddiləşir. Artıq indi hakimiyyətin -həm də Paşinyan öz reytinqini tutmağa nail olunca – ən qısa müddətə həll etməli olacağı ictimai qarşıdurma qeydə alınır. Bəli, reytinqi laxlayıb, amma dağılmayıb.
Söhbət, hər şeydən əvvəl, açılışına hökumətin etiraz etmədiyi, amma ictimaiyyətin ciddi təşviş keçirdiyi Amulsar qızıl yatağından gedir. Lakin burada da müxtəlif rəylər var – mədənin açılışının mühümlüyündən (bəs iş yerləri, dövlət büdcəsinə on milyonlarla dollar mədaxili və başqaları necə olsun) mineral bulaqları ilə kurort Cermukun və Sevan (Göyçə-tərc.) gölünün bütün ekosistemi üçün ölümcül təhlükəyə qədər. Cermukluların özləri mədənə bütün girişləri bağlayıblar, İrəvanda etiraz aksiyaları isə kəsilmir. Amulsara görə yekun qərar hansı olacaq, o qədər də aydın deyil, amma ekoloji hərəkat Paşinyanın reytinqini ciddi laxlada bilər.
Analitiklərin çoxunun fikrincə, “1 mart işi”, daha doğrusu, ölkənin 2008-ci il martın başlanğıcında konstitusiya quruluşunu devirməkdə ittiham edilən ikinci prezidenti Robert Koçaryanın və başqalarının – generallar Yuri Xaçaturov və Seyran Ohanyanın, habelə baş nazirin keçmiş I müavini Armen Gevorkyanın məhkəməsi uzanır. O zaman hüquq mühafizə orqanları və prezident seçkilərinin nəticələrindən narazı yürüşçülər arasında qarışıqlıq və toqquşmlar zamanı 10 nəfər həlak olub, 200-dən yuxarı adam yaralanıb.
Bundan başqa, Koçaryan xüsusi böyük miqdarda rüşvət almaqda da ittiham olunur. Müxtəlif mərhələlərin məhkəmələri həbs qətimkan tədbirini – Koçaryanın həbsini artıq üç dəfə dəyişib, amma başqaları onu həmişə həbsxanaya qaytarıb. İndi keçmiş prezidentin vəkil qrupu və Koçaryanın özü əmindirlər ki, bu, siyasi təqibdir…
Bəli, cəmiyyətdə narazılar kifayət qədərdir, bu həqiqətdir”.