Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII qurultayı ilə bağlı paylaşım edildi
ADY: Bakı-Tbilisi-Bakı marşrutu üzrə əlavə reyslərə biletlər bu gündən satışdadır
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı keçirilib - YENİLƏNİB-2 - YENİLƏNİB-1
Azərbaycan və Türkiyə müdafiə nazirləri "ADEX 2026" sərgisini ziyarət ediblər
18 Oktyabr 2019 15:16
2 709
“ABŞ ordusu ilə Türkiyə arasındakı cümə axşamı ABŞ vitse-prezidenti Maykl Pens və Türkiyə prezidenti Tayyib Ərdoğan arasındakı danışıqlarda əldə edilən Türk ordusunun "Sülh mənbəyi" əməliyyatının dayandırılması ilə bağlı razılaşma, Vaşinqtonun Suriyadakı təşəbbüsünü Moskvadan ələ keçirməsinə imkan verməyəcək”. Bunu Rusiyanın Strateji Araşdırmalar İnstitutunun Yaxın və Orta Şərq Mərkəzinin rəhbəri Vladimir Fitin mətbuata açıqlamasında deyib.
“ABŞ Suriya nizamlanması təşəbbüsünün Rusiyanın əlinə keçməməsini istəyib, lakin xoşbəxtlikdən onlar bunu edə bilmirlər”, -deyən Fitin söyləyib ki, Türkiyə prezidenti də başa düşür ki, ABŞ rəhbərliyindən fərqli olaraq Rusiya üzərinə götürdüyü öhdəlikləri yerinə yetirir: “Ona görə də düşünürəm ki, bu razılaşma (ABŞ və Türkiyənin "Sülh çeşməsi" əməliyyatının dayandırılması barədə razılığı) Rusiyanın məsələnin sülh yolu ilə həllindəki mövqeyinə təsir göstərməz".
Ekspertin sözlərinə görə, Ankara hər tərəfdən təzyiq altında olduğu üçün əməliyyatın dayandırılması gözlənilirdi. Bununla yanaşı analitik Suriyanın şimal-şərqindəki kürdlərə dəstək verən və növbəti dəfə hərbi əməliyyatların başlamasına səbəb olan ABŞ-ın mövqeyinin dəqiq olmadığını xatırladıb.
"Xüsusilə NATO çərçivəsində Türkiyə kimi müttəfiqini itirməyin mümkün olduğunu başa düşdükdən sonra amerikalılar kəskin pisləşən münasibətləri düzəltmək üçün əllərindən gələni etdilər. Yəqin ki, ABŞ görüşdən əliboş getməyib”.