Tramp: ABŞ və İran 5 gün ərzində razılığa gələ bilər
23 Mart 16:55
29 Noyabr 2019 15:01
2 226
Gürcüstan paytaxtı Tbilisidə etiraz aksiyaları davam edir.
Gürcüstan KİV-I xəbər verir ki, polis tərəfindən saxlanılmış “Avropa Gürcüstanı – Azadlıq Uğrunda Hərəkat” partiyasının lideri, Tbilisinin eks-meri Qiqi Uqulava azad olunaraq aksiyanın keçirildiyi Milli Kitabxananın qarşısına gəlib.
Uqulava polisin onu zorakılıq olmasına deyə saxladığını bəhanə gətirdiyini də sözlərinə əlavə edib. O, saxlanılan 3 tərəfdarının dərhal buraxılmasını da tələb edib.
Müxalifətçilər Milli Kitabxanada ölkənin ədliyyə naziri Teya Çulukianinin təşkil etdiyi tədbiri pozmağa da cəhd ediblər.
Gürcüstanda kütləvi etirazlar noyabrın 14-də parlamentin yeni konstitusion dəyişiklikləri qəbul etməməsindən sonra başlayıb.