12:24
644
Çin ABŞ və İran arasındakı danışıqlar prosesinin müsbət impulsunu qoruyacağına və tərəflərin irəliləyiş əldə etməyə davam edəcəyinə ümidvar olduğunu bildirib.
Xalqcebhesi.az xəbər verir ki, "Xinhua" agentliyinin verdiyi məlumata görə, bunu Çin Xalq Respublikası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Qo Szyakun bəyan edib.
Onun sözlərinə görə, Pekin Pakistan, Qətər və digər dövlətlərin Vaşinqton və Tehran arasında dialoqun təşviqinə yönəlmiş vasitəçilik səylərini dəstəkləyir.
ÇXR XİN-dən vurğulayıblar ki, Çin bu danışıqları vəziyyətin sabitləşməsində mühüm amil kimi nəzərdən keçirir və tərəflərin növbəti konstruktiv qarşılıqlı fəaliyyətinə ümid edir.
Məryəm Quliyeva