İrana qarşı müharibə ABŞ-a təxminən 40 milyard dollara başa gəlib Dünya

İrana qarşı müharibə ABŞ-a təxminən 40 milyard dollara başa gəlib

ABŞ Hərbi Nazirliyinin (Pentaqonun) İrana qarşı əməliyyat xərcləri təxminən 40 milyard dollar təşkil edib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "CNN" teleşirkəti Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin (CSIS) dərc olunmağa hazırlanan hesabatına istinadən məlumat yayıb.

CSIS-in baş məsləhətçisi Mark Kensian teleşirkətə bildirib ki, bu məbləğə istifadə olunan sursatların, məhv edilmiş texnikanın dəyəri və Amerika bazalarına dəymiş ziyan daxildir, lakin Pentaqonun 2026-cı maliyyə ili büdcəsində onsuz da nəzərdə tutulmuş əməliyyat xərcləri bura daxil deyil.

Ekspert qeyd edib ki, hərbi idarə üçün ən ciddi xərc maddəsi 26 milyard dollar təşkil edən sursatlar olub. Bu, ABŞ hərbçilərinin çox sayda uzaqmənzilli, yüksək texnologiyalı və bahalı silahlardan istifadə etməsi ilə bağlıdır. O əlavə edib ki, məsələn, ABŞ hər biri təxminən 2,5 milyon dollar dəyərində olan mini yaxın "Tomahawk" raketi sərf edib.

CSIS-in qiymətləndirməsinə görə, hərbi əməliyyatların ilk 100 saatı ABŞ-a 3,7 milyard dollara başa gəlib, münaqişə davam etdikcə isə zərbələrin intensivliyinin azalması hesabına müharibənin günlük xərcləri aşağı düşüb.

Məryəm Quliyeva