İsveçrə XİN: ABŞ və İranın Bürgenstokdakı danışıqları bütün gecə boyu davam edib Gündəm

İsveçrə XİN: ABŞ və İranın Bürgenstokdakı danışıqları bütün gecə boyu davam edib

ABŞ, İran və vasitəçilər arasında ABŞ-İran anlaşma memorandumunun icrasına dair intensiv danışıqlar bütün gecə boyu Bürgenstokda davam edib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə TASS-a İsveçrə Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib.

Mətndə qeyd olunur: "İsveçrəli koordinator iyunun 21-dən 22-nə keçən gecə Bürgenstokda vasitəçilər, İran və ABŞ arasında bütün gecə boyu davam edən intensiv diplomatik danışıqlar zamanı əldə olunmuş konstruktiv tərəqqini alqışlayır". Bern bir daha özünün "xoşməramlı xidmətlər" ənənəsinə uyğun olaraq "bu prosesi dəstəkləməyə" hazır olduğunu təsdiqləyib.

Məryəm Quliyeva