09:23
1 218
Rumıniya Müdafiə Nazirliyinin məlumatına görə, Ukrayna sərhədi yaxınlığında pilotsuz uçuş aparatları (PUA) qrupu aşkar edildikdən sonra, iyunun 21-nə keçən gecə Böyük Britaniya Hərbi Hava Qüvvələrinə məxsus iki "Eurofighter Typhoon" qırıcısı havaya qaldırılıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə RBK məlumat yayıb.
Bir qrup radiolokasiya siqnalı Dunay deltasında yerləşən Ukraynanın Vilkovo yaşayış məntəqəsindən 22 km şimal-şərqdə qeydə alınıb.
Məlumatda deyilir: "Hava patrul xidmətinin tərkibinə daxil olan, Borçadakı 86-cı aviabazada yerləşən Böyük Britaniya HHQ-nə məxsus iki "Eurofighter Typhoon" qırıcısı vəziyyəti izləmək üçün saat 02:19-da havaya qalxıb".
Məryəm Quliyeva