11:13
819
“Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emal sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın icrasının təmin edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikasında regional müşavirə keçirilir.
APA xəbər verir ki, Şərur şəhərində keçirilən müşavirədə Azərbaycan Respublilası kənd təsərrüfatı naziri Məcnun Məmmədov, Naxçıvan Muxtar Respublilasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov, ADSEA sədrinin müavini İlham Bayramov, dövlət qurumlarının nümayəndələri, müvafiq sahə üzrə mütəxəssislər, sahibkarlar və fermerlər iştirak edirlər.
Naxçıvan iqtisadi rayonu üzrə təşkil olunan regional müşavirədə kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişaf perspektivləri, qarşıda duran vəzifələr, eləcə də 2026–2030-cu illəri əhatə edən Dövlət Proqramının əsas istiqamətləri müzakirə olunur.
11:38
763
11:23
714
10:10
910