“Ermənistan Rusiyanın təhkimlisi olsa belə...” Dünya

“Ermənistan Rusiyanın təhkimlisi olsa belə...”

Ermənistan mətbuatı: "Sarkisyanın NATO-nun sammitində iştirakı sürprizdir"

"Dünənə qədər Ermənistanın NATO-nun sammitində hansı səviyyədə təmsil olunacağı məlum deyildi, çünki hazırkı geosiyasi şərtlər daxilində Rusiyanın Ermənistanın sammitdə prezident səviyyəsində iştirakı ilə bağlı mövqeyi pozitiv deyildi".
Bu barədə Ermənistanda nəşr olunan "168 Jam" qəzeti yazıb. Qəzet hesab edir ki, bu və digər faktorların fonunda Serj Sarkisyanın sammitdə iştirakı sürpriz sayıla bilər:"Sammitdə Ermənistanı son dərəcə narahat edən məsələ - Rusiyanın Ermənistandakı hərbi bazaları ilə bağlı qərarlar verilə bilər. Ermənistan dünyaya göstərməlidir ki, hətta Rusiyanın təhkimlisi olsa belə, o, Qərblə, NATO ilə ədavətli münasibətlər istəmir. Həmçinin, Rusiyanın təsiri olmadan NATO sammiti çərçivəsində Azərbaycan və Ermənistan prezidentlərinin Dağlıq Qarabağ probleminin həllinə yönəlmiş görüşü son dərəcə vacib məsələdir".