

6 İyul 10:37
İspaniyada koronavirusa yoluxanların sayı 110 238 nəfərə çatıb.
Bu barədə İspaniya Səhiyyə Nazirliyi məlumat yayıb.
Xəstəliyə yoluxan 10 003 nəfər ölüb, 26 743 nəfər sağalıb.
Ölkədə koronavirusdan ölənlərin sayı artmağa davam edir.
İspaniyada sutka ərzində 950 nəfər koronavirusdan ölüb.
Ötən gün İspaniyada koronavirusa yoluxanların sayı 102 136 nəfər, ölənlərin sayı isə 9 053 nəfər təşkil edib.