“Siqaret satışına ciddi nəzarət olmalıdır”
13 Yanvar 19:20
13 Yanvar 19:20
13 Yanvar 18:56
13 Yanvar 17:06
13 Yanvar 16:27
Britaniya 16 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsini qadağan edə bilər
Şərurda ötən ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr müzakirə edilib
Rəsmi Bakı Venesuelada sülh və sabitliyin bərqərar olacağına ümid edir
Ceyhun Bayramov Venesuela XİN rəhbəri ilə Karakasdakı son hadisələri müzakirə edib
Rusiya XİN İranın daxili siyasətinə xarici müdaxiləni pisləyir
7 Aprel 2020 10:55
1 624
BMT baş katibi Antonio Quterreş 7 aprel - Ümumdünya Sağlamlıq Günü ilə bağlı video müraciəti edib.
BMT-nin Azərbaycan nümayəndəliyindən verilən xəbərə görə, A. Quterreş qeyd edib ki, bu il Ümumdünya Sağlamlıq Günü çox çətin bir vaxta qeyd edilir: "Bu gün mən sağlamlığımızı qorumaq üçün gecə-gündüz çalışan səhiyyə işçilərinə, o cümlədən tibb bacıları, mamalar, texniklər, təcili tibbi yardım işçiləri, əczaçlar, həkimlər, sürücülər, xadimələr, inzibatçılar və digərlərinə müraciət edirəm. Bu gün pandemiyanın dağıdıcı təsirlərinə qarşı mübarizə aparmaq üçün özünüzü riskə ataraq gecə-gündüz çalışdığınız üçün sizlərə hər zamankından daha çox minnətdarıq. 2020-ci il Beynəlxalq tibb bacısı və mamalar ilidir və mən onların xüsusi təcrübə və öhdəliklərini vurğulamaq istəyirəm. Hamımızın tibb bacıları və mamalara göstərdikləri qayğı və peşəkarlığa görə minnətdar olmağımız üçün səbəbimiz var. Bilirəm ki, bu belədir. Tibb bacıları səhiyyənin ən böyük yükünü daşıyırlar. Bu cür travmatik işi müşayiət edən zədələnmə, yoluxma və əqli sağlamlığa riski gözə alaraq çətin iş görürlər və uzun müddət çalışırlar. Onlar çox vaxt insanlara həyatlarının son günlərində rahatlıq təmin edirlər. Mamalar həyatın başlanğıcında rahatlığı təmin edirlər. Pandemiya zamanı onların işi daha da çətinləşir, çünki körpələrimizin salamat doğulmasını təmin edirlər. Dünyanın bütün tibb bacıları və mamalarına səslənirəm: gördüyünüz iş üçün təşəkkür edirəm. Bu ağır dövrdə bütün tibb işçilərinə deyirəm: biz sizinləyik və sizə güvənirik. Sizinlə fəxr edirik; siz bizi ilhamlandırırsınız. Biz sizə borcluyuq".
13 Yanvar 21:23
1 022
13 Yanvar 19:22
1 155
13 Yanvar 19:21
980