Türkiyə bölgədəki hadisələrə qarşı yüksək səviyyədə hazırlıq tədbirləri görüb
Aİ: Müəyyən bir məqamda Putinlə danışıqlar aparmağa məcbur qalacağıq
Rutte: Britaniya və digər bir sıra Avropa ölkələri Qrenlandiyada hərbi mövcudluğunu artırmaq istəyir
Rusiya MN "Oreşnik"lə Ukraynada hansı obyektləri vurduğunu açıqlayıb
17 Aprel 2020 13:04
1 316
"Çin COVİD-19 pandemiyası ilə bağlı faktları gizlətməyib".
APA-nın "Reuters"ə istinadən verdiyi xəbərə görə, bu barədə Çin Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Çjao Litszyan keçirdiyi brifinqdə deyib.
O bildirib ki, hökumət faktların ört-basdır olunmasına icazə verməyib.
XİN rəsmisi 2019-cu ilin sonunda Uhanda meydana çıxan epidemiyanın nəticələri ilə bağlı dəyişən rəqəmlərin dəqiq statistik yoxlamanın nəticəsi olduğunu və nəticələrin yenidən hesablanmasının ümumi beynəlxalq təcrübə olduğunu vurğulayıb.
Qeyd edək ki, Çinin Uhan şəhərində yeni növ koronavirusdan ölənlərin sayının doğru göstərilmədiyi ortaya çıxıb.
Məlum olub ki, pandemiya başlayandan Uhanda koronavirusdan daha 1290 ölüm halı baş verib. Bununla da, Uhanda ölənlərin sayı 3 869 nəfər olub. Bundan əvvəl isə Uhanda virusdan ölənlərin sayı 2 579 nəfər göstərilirdi.