Almaniyada son sutkada koronavirusdan 242 nəfər ölüb Dünya

Almaniyada son sutkada koronavirusdan 242 nəfər ölüb

Almaniyada daha 3609 nəfərdə koronavirus aşkarlanıb.
APA-nın "RİA Novosti"yə istinadən xəbərinə görə, bu barədə ölkənin Robert Kox İnstitutu məlumat yayıb. Məlumatda bildirilir ki, ölkədə son 24 saat ərzində koronavirusdan daha 242 nəfər ölüb.
Ümumilikdə ölkədə koronavirusa yoluxanların sayı 137439, ölənlərin sayı 4110, sağalanların sayı isə 85400-ə çatıb.