19 Aprel 2020 14:00
1 869
Türkiyənin Manisa vilayətinin Qırxağac rayonunda Rixter şkalası üzrə 4.1 maqnitudada zəlzələ olub.
APA-nın yerli bürosunun Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinə (AFAD) istinadla verdiyi xəbərə görə, zəlzələ yerli vaxtla 11:32-də yerin 7 kilometr dərinliyində baş verib və təkanlar İzmir və Balıkəsirdə də hiss edilib.
Türkiyənin 31 şəhərində komendat saatı olduğuna görə, zəlzələ olan ərazidə insanlar küçəyə çıxa bilməyiblər və AFAD-dan verilən məlumatda bildirilib ki, əhali bir müddət qorxu yaşasa da, hər hansı bir itkiyə rast gəlinməyib.
19:16
546
19:15
504
18:45
595