Türkiyədə məktəbin yaxınlığında silahlı insident olub, 4 şagird yaralanıb Dünya

Türkiyədə məktəbin yaxınlığında silahlı insident olub, 4 şagird yaralanıb

Türkiyənin Manisa vilayəti Turgutlu rayonunda İnci Üzmez Peşə və Texniki Anadolu Liseyinin yaxınlığında silahlı insident baş verib.

APA-nın Türkiyə bürosu yerli KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 4 şagirdin yaralandığı bildirilib.

“Hazırda əməkdaşlarımız hadisə ilə bağlı araşdırmaları davam etdirir. İctimaiyyətə hadisənin gedişatı ilə bağlı əlavə məlumat veriləcək”, - valiliyin açıqlamasında qeyd olunub.